• $
  • €
  • ₽
  • ₺
  • £

"Qurban "Seltik"lə oyundan sonra da başını dik tutacaq"

"Qurban "Seltik"lə oyundan sonra da başını dik tutacaq"
04.08.2015 19:41
AFFA Məşqçilər Komitəsinin üzvü, "Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi

- Klublarımızın avrokuboklardakı mübarizəsi haqda fikirlərinizi bilmək istərdik. "Qarabağ"dan başlayaq. Sabah komandamız Çempionlar Liqasının III təsnifat mərhələsinin "Seltik"lə cavab matçına çıxacaq.

- Ən güclü rəqib "Qarabağ"a düşüb. "Seltik" 46 dəfə Şotlandiya çempionu olub. Bundan əlavə, komanda tam komlektləşib. Buna baxmayaraq, məncə, "Qarabağ" özündə güc tapacaq və bu mərhələni də keçəcək. Düzdür, "Qarabağ" əvvəlki "Qarabağ" deyil. Leroy Corc və Muarem Muaremin gedişi komandaya çox pis təsir edib. Amma komandanın "Seltik" səddini keçəcəyinə inanıram. Əminəm ki, Qurban bu oyundan sonra da başını dik tutacaq.

- "Seltik"in əvvəlki gücdə olmadığı üçün əminliklə danışırsınız?

- Yox, "Seltik" indi də güclüdür. Avropada təcrübəsi çoxdur. Ona görə də onlarla heç cür açıq futbol oynamaq olmaz. Sabah "Seltik" elə birinci görüşdəki kimi oynayacaq. İlk növbədə Reynaldo daha da artırmalıdır. Əlinə düşən hər  qol imkanından istifadə etməlidir.

- "İnter"in "Atletik"lə (Bilbao) oyunundan nə gözləmək olar?

- "İnter" öz işini çətinə salıb. Avropada 0:2 hesablı məğlubiyyətdən sonra nəsə etmək çox çətindir. Üstəlik, "Atletik" kimi rəqibə qarşı bunu etmək inandırıcı deyil.

- "Qəbələ"nin bu mövsüm Avropa Liqasında keçdiyi yol haqda nə deyə bilərsiniz?

- İndi "Qəbələ"də çox dəyişiklik olub. Xüsusilə də hücum xətti yaxşı təsir bağışlayır. Ön xətt oyunçuları gözəl ötürmələr verə bilir. 

- Komandamızın "Apollon" səddini keçmək üçün yaxşı şansı var. Razısınız?

- "Qəbələ" ilk oyunda yalnız 95-ci dəqiqədə penaltidən vurduğu qolla hesabı bərabərləşdirdi. Ciddi hazırlaşmaq lazımdır. "Apollon" bura əl-qolunu sallayıb uduzmağa gəlməyəcək. Deməzdim ki, "Qəbələ" rəqibindən daha şanslıdır. Ancaq biz vaxtilə APOEL səddini keçməklə inam yaratmışıq ki, Kipr klublarından çəkinməməliyik. Təəssüflər olsun ki, Azərbaycanda hər şey tez unudulur.

- "Qəbələ"nin "Apollon"la ilk oyununda müəyyən xoşagəlməz hadisələr baş verdi. Yəqin kiprli azarkeşlərə yaxşı bələdsiniz.

- Bəli, biz APOEL-ə qalib gələndə rəqibin azarkeşləri stadionu dağıdırdı. Futbolçuları təbrik etmək üçün meydançanın ortasına qaçanda azarkeşlər bizi daş-qalaq etdi. Şəxsən mənə bir butulka çırpdılar. Kiprli azarkeşlər çox çılğındırlar. APOEL azarkeşi isə "Apollon"a nisbətən daha çoxdur. Cavid Hüseynovun "Apollon"la oyunda azarkeşlərə qarşı etdiyi jest onları daha da qıcıqlandırdı. Hər quşu öz dilində dilləndirmək lazımdır. Cavid öz qoluyla onların cavabını verdisə,  o jestə ehtiyac yox idi.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
İdman 23:39
“Neftçi” FIBA Avropa Kubokunda “Riqa”ya 55:96 hesabı ilə uduzub
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
İdman 21:23
Azərbaycanın U-20 millisi İraqla heç-heçə edib
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
İdman 15:11
“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
İdman 21:59
UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
İdman 13:18
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli olub
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
İdman 22:00
Azərbaycan futzal millisi Latviyaya 1:5 hesabı ilə uduzub
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
İdman 01:58
“Sabah” Norveçdə “Vikinq”ə məğlub olub - yenilənib
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İdman 20:19
Hidayət Heydərov Əbu-Dabidə bürünc medal qazanıb
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
İdman 19:49
İlham Əliyev FIFA U-15 Dünya Çempionatının finalını izləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol