• $
  • €
  • ₽
  • ₺
  • £

Putin yenə də dünyanın ən güclüsü oldu

Putin yenə də dünyanın ən güclüsü oldu
05.11.2015 09:12
Putin İŞİD mövqelərini bombardıman edərək və Bəşər Əsədlə görüşərək ABŞ və NATO-nun zəif görünməsinə səbəb oldu.

Amerikada nəşr olunan "Forbes” dərgisi növbəti dəfə Rusiya Federasiyasının prezidenti Vladimir Putini dünyanın ən nüfuzlu insanı seçdi. ANS PRESS-in məlumatına görə, dərgi bu qərarını, Putinin dünyada istədiyini edə bilən və heç kimə hesabat vermək məcburiyyəti olmayan nadir insanlardan olduğunu sübuta yetirməyə davam etməsi ilə əsaslandırıb. 

Ölkəsindəki iqtisadi böhranın Putinə heç bir şəkildə təsir etmədiyini bildirən dərgi Rusiya prezidentinə xalq dəstəyinin iyun ayında 89 %-ə çatdığını qeyd edib. 


Siyahının ilk triosu 

"Oktyabrda da Putin Suriyadakı İŞİD mövqelərini bombardıman edərək və Suriya prezidenti Bəşər Əsədlə görüşərək ABŞ və NATO-nun zəif görünməsinə səbəb oldu və Rusiyanın ölkə xaricindəki nüfuzunu yenidən gücləndirdi.” – deyə dərgidə bildirilir. 

75 nəfərlik dünyanın ən nüfuzlu insanları siyahısının 2-ci pilləsində Almaniyanın kansleri Anqela Merkel, 3-cü pilləsində isə ABŞ prezidenti Barak Obama var. 

Siyahıda müvafiq olaraq 4-cü yerdə Roma papası Fransisk, 5-ci yerdə Çinin prezidenti Si Szinpin, 6-cı yerdə "Microsoft”un təsisçisi Bill Qeyts, 14-cü yerdə Səudiyyə Ərəbistanının kralı Salaman bin Abduləziz bin Səud, 18-ci sırada İranın ali dini lideri Əli Xamneyi, 19-cu sırada "Facebook”un təsisçisi Mark Zukerberq, 46-cı sırada Şimali Koreyanın prezidenti Kim Çen ın, 49-cu sırada isə Misirin prezidenti Abdulfəttah əs-Sisi qərarlaşıb. 

Bundan əvvəlki illərdə Vladimir Putin 2 dəfə "Forbes" dərgisində dünyanın ən nüfuzlu insanları siyahısına liderlik edib. 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol