• $
  • €
  • ₽
  • ₺
  • £

Putin üçün 2015-ci ildə ən önəmli hadisə - FOTO

Putin üçün 2015-ci ildə ən önəmli hadisə - FOTO
26.12.2015 14:29
"Keçmişdən nəticələr çıxarır, gələcək üçün planlar qururuq".

Rusiya prezidenti Vladimir Putin 2015-ci ildə onun üçün ən önəmli hadisədən danışıb.

ANS PRESS-in məlumatına görə, Rusiya prezidenti onun üçün ən yaddaqalan hadisənin İkinci Dünya Müharibəsində qazanılan qələbənin 70-ci ildönümü olduğunu açıqlayıb.

Putin bu açıqlamanı Kremldə hər il yeni illə bağlı keçirdiyi rəsmi qəbulda edib.

"Keçmişdən nəticələr çıxarır, gələcək üçün planlar qururuq. Bu il bir çox hadisələr baş verdi, lakin ən önəmlisi Böyük Vətən Müharibəsində qazanılan qələbənin 70 illiyi oldu. Bu qələbəni ata və bablarımız önündə qürurla anırıq”, - deyə Putin fikirlərini bölüşüb.

Digər tərəfdən Rusiya İctimai Araşdırmalar Mərkəzi tərəfindən təşkil edilən sorğuya əsasən, Rusiya vətəndaşlarının 43%-i 2015-ci ilin ən önəmli hadisəsi olaraq Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsini, 26%-i Rusiya və Türkiyə arasında yaranan gərgin vəziyyəti, 25%-i isə Ukraynada yaşanan hadisələri göstərdi.

Sorğuya qatılanların 47%-nin 2015-ci ilin 2014-cü ilə nisbətən daha pis keçdiyini, yalnız əhalinin 10%-i 2015-ci ilin yaxşı keçdiyini bildirib.
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol