• $
  • €
  • ₽
  • ₺
  • £

Tiflisdə "Qazprom" əleyhinə növbəti aksiya keçirildi- FOTOLAR

Tiflisdə "Qazprom" əleyhinə növbəti aksiya keçirildi- FOTOLAR
07.03.2016 10:47
Martın 6-da Gürcüstan paytaxtındakı baş nazirin dəftərxanası qarşısından başlayaraq Rustaveli küçəsi boyunca etiraz aksiyası keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, minlərlə insan "Qazproma yox!" şüarları ilə aksiyaya qatılıb. Onlar Gürcüstanın strateji tərəfdarı olan Azərbaycana ehtiramlarını bildiriblər. Aksiya iştirakçıları qeyd ediblər ki, Azərbaycan Gürcüstanın mehriban qonşusu və sədaqətli tərəfdaşdır.

"Azad Zona" təşkilatının sədri, politoloq Gela Vasadze jurnalistlərə açıqlamasında aksiyanın "Vahid Gürcüstan Hərəkatı" partiyası tərəfindən təşkil olunduğunu bildirib: "İndiki hakimiyyət tərəfindən SOCAR-dan imtina cəhdi olub, lakin Gürcüstan cəmiyyəti, müxalifət Azərbaycanı bir strateji tərəfdaş kimi yaxşı tanıyır və həmişə bizə qonşu olan bu mehriban ölkəyə inanır.

Azərbaycan bizə qışın ortasında təbii qaz verdi və bizi qışın sərt soyuğundan qorudu. Biz bunu yüksək qiymətləndiririk. Gürcüstanda elə güclər var ki, Azərbaycan kimi strateji ölkədən imtina edib, Rusiya tərəfə keçmək istəyir. Lakin Rusiyanın "Qazprom" şirkəti heç vaxt Gürcüstana qayıtmayacaq".

Qeyd edək ki, artıq Gürcüstan və Azərbaycan arasında qaz təchizatına dair razılaşma əldə olunub və Azərbaycandan Gürcüstana əlavə 500 mln. kub/metr həcmdə əlavə təbii qaz verilməsi haqqında razılaşma imzalanıb.

Gürcüstan həmçinin Rusiya ilə də tranzit haqqını təbii qazla ödəmək barədə razılaşıb.
 






www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol