• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər bu silahlarını nümayiş etdirdi – FOTO

Ermənilər bu silahlarını nümayiş etdirdi – FOTO
21.09.2016 13:28
Ermənistanın müstəqilliyinin 25 illiyi münasibətilə İrəvanda parad keçirilib.
 
ANN.Az Axar.az-a istinadən xəbər verir ki, paradda ermənilər T-72 tanklarını, tank əleyhinə özüyeriyən qurğular,  "Qrad”, "Tayfun”, VM-80, "Smerç”, "Konkurs” reaktiv yaylım atəş sistemləri, "Toçka U”, "Skad” taktiki raket komplekslərini nümayiş etdiriblər.
 
Bundan başqa, S-125, Strela-10, "Buk”, S-300 zenit raket kompleksləri də parada çıxarılan texnikalar arasında olub.
 
Paradda diqqəti çəkən isə "İsgəndər” kompleksidir. Bu kompleksin "İsgəndər”in son versiyası olması barədə (İsgəndər-M) bir neçə gün öncə qeyri-rəsmi xəbər yayılsa da, bugünkü açıqlamada kompleksin dəqiq markası göstərilməyib. Üstü bağlı olduğundan, bu kompleksin hansı model olduğu da bilinmir.
 

 
Qeyd edək ki, 200 km-lik hədəfi vurmaq qabiliyyətinə malik  İsgəndər-E Rusiyanın ixrac etdiyi silahlar sırasındadır. 2006-cı ildən istehsal olunan və 2007-ci ildə Rusiya ordusunun silahlanmasına qəbul edilən İsgəndər-M isə 500 km-lik hədəfi 100 faiz dəqiqliklə vuran, nüvə başlığı daşıma imkanına malik raketdir.
 

 
Rusiya bu silahın ixracına qadağa qoyub və ən yaxın müttəfiqlərinə belə satmır. Ancaq müttəfiq ölkələrində yerləşən Rusiya bazalarında İsgəndər-M yerləşdirilib. Bu raketin Ermənistandakı 102-ci Rusiya hərbi bazasında da olduğu istisna edilmir.
 

 
Son məlumata görə, rəsmi açıqlamada yalnız "İsgəndər” olaraq göstərilən kompleksin İsgəndər-M olması barədə mediada yayılan qeyri-səhih informasiya Ermənistan hakimiyyətinin piar cəhdidir. Bununla Sərkisyan hakimiyyəti daxili auditoriyada güvən qazanmağa çalışır.
 



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol