• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-i lərzəyə salan Əbu Əzrayıl kimdir? — FOTO+VİDEO

İŞİD-i lərzəyə salan Əbu Əzrayıl kimdir? — FOTO+VİDEO
04.10.2016 14:07

Əbu Əzrayıl - İŞİD-lə mübarizə aparan şiə döyüşçü

ANN.Az Ölkə.Az-a istinadən xəbər verir ki, İraq və Suriyada genişmiqyaslı terror aktları törətməklə əhali arasında qorxuya səbəb olan İŞİD terror təşkilatını qorxuya salan döyüşçü əsl qəhrəmana çevrilib.


Əbu Əzrayıl adı ilə müsəlmanlar arasında rəğbət qazanmış Əbu Məhəmməd Rza İŞİD-çilər arasında təşvişin yaranmasına səbəb olub. Onun haqqında əsl əfsanələr dolaşmaqdadır. Bəziləri onun artıq öldüyünü, bəziləri isə uydurulmuş obraz olduğunu iddia edirlər.

Bəs əslində Əbu Əzrayıl kimdir?

Əbu Əzrayıl 40 yaşlı şiə döyüşçüsüdür. O, İŞİD terror təşkilatına müqavimət göstərmək məqsədilə İraqda yaradılmış xüsusi qruplaşmanın öndə gedən simalarından biridir. Qərb mətbuatında "İraqın Rembosu" adlandırılan Əbu Əzrayıl evlidir və onun 4 qızı, bir oğlu var.

Bu günə qədər Əzrayılın hesabında İŞİD-çilərə qarşı saysız-hesabsız döyüşlər var.

2014-cü ilin yayında İraq ordusunun bir hissəsinin xəyanəti nəticəsində İŞİD-çilər İraqın sünni bölgəsini ələ keçirə bilmişdi. Bunu görən Əbu Əzrayıl təcili olaraq "İmam Əli" adlı briqadanı qurmuşdu. Həmin qruplaşma İŞİD üçün ciddi maneəyə çevrilmiş bir çox döyüşlərdə onun irəliləməsinin qarşısını almağa müvəffəq olmuşdu.

Əbu Əzrayılın hərbi təcrübəsi də az deyil. Belə ki, ABŞ-ın İraqa daxil olduğu dövrlərdə o, bir çox şiə müqəddəslərinin adını daşıyan məscidləri qorumuşdu.

Karyerası boyunca Əzrayıl Suriya və İraqda minlərlə İŞİD-çini məhv edə bilib. Buna baxmayaraq o, özünü olduqca sadə aparır və ehtiyacı olanlara kömək əli uzadır.

Müsahibələrdən birində Əzrayıl deyir:

"Mən həqiqi İslam adından yalançı islama qarşı vuruşuram. Təəssüf ki, dünyada bir çox insanlar özlərinin əsl müsəlman olduqlarını zənn edirlər. İŞİD kimi təşkilatların İslama heç bir aidiyyatı yoxdur. And olsun Allaha, heç bir İŞİD-çini sağ qoymayacağıq. Onlar murdardırlar", - deyə şiə döyüşçüsü bildirib.

Əbu Əzrayıl qeyd edir ki, heç bir cərəyan və qruplaşmaya daxil deyil:

"Biz yalnız Allah və Məhəmməd peyğəmbərimiz üçün vuruşuruq", - deyə Əzrayıl vurğulayır.

Qeyd edək ki, bu günə qədər İŞİD-çilər dəfələrdə Əbu Əzrayılın öldüyünü iddia etsələr də, bu tip informasiyaların yalan olduğu üzə çıxıb.


Rəşid MUSTAFAZADƏ


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol