• $
  • €
  • ₽
  • ₺
  • £

“iPhone 7”ni qaynatdı və... - VİDEO

“iPhone 7”ni qaynatdı və... - VİDEO
22.10.2016 09:45
Yeni "iPhone 7” smartfonu öz xarakteristikasına görə rəqiblərini geridə qoymağa davam edir.
 
Bundan əvvəl "iPhone 7”nin suya davamlılığı yoxlanıb və smartfon bu sınaqdan uğurla keçib. Eləcə də, "iPhone 7”nin təchiz olunduğu "A10 Fusion” prosessorunun öz rəqiblərindən öndə olduğu müəyyənləşib. Son olaraq, "iPhone 7”nin donma və qaynamaya dözümlülüyü test edilib.
 
"TechRax” videobloqunun sahibi, ABŞ-ın Kaliforniya ştatına yaşayan Taras Maksimuk "iPhone 7”nin "Coca-Cola”nın içində dondurulmuş vəziyyətdə bir müddət qaldıqdan sonra hansı vəziyyətə düşdüyünü yoxlayıb.
 
O, smartfonu şüşə qabın içərisinə qoyub və qabı "Cola” ilə dolduraraq soyuducunun buzlama yerinə qoyub. "iPhone 7” orada 17 saat qalıb. T. Maksimuk daha sonra qabı soyuducudan çıxararaq buzlanmış "Cola”nı çəkiclə qırıb və smartfonu çıxararaq işə salıb. "iPhone 7” müəyyən fasilələrlə də olsa, işləməyə başlayıb. Səs keyfiyyəti müəyyən qədər zərər görüb və azalıb. Bundan başqa, smartfon işə salındıqdan sonra ekranda qəhvəyi ləkələr yaranıb, bu isə göstərir ki, 17 saat ərzində maye az da olsa, cihazın içərisinə sıza bilib. Smartfon ekstremal şəraitdə "yaşamaq” üçün batareyanın demək olar ki, bütün enerjisini sərf edib, soyuducudan çıxarıldıqdan sonra onun cəmi 18% enerjisi qalıb.
 
T. Maksimuk "iPhone 7”nin qaynadıldıqdan sonrakı vəziyyətini də yoxlayıb. Smartfon 7 dəqiqə ərzində suda qaynadılıb. Sudan çıxarılıb, işə salındıqdan sonra o, əvvəlcə işə düşməyib. Lakin 10 dəqiqə sonra smartfon problemsiz şəkildə çalışmağa başlayıb. //ikt.lent.az
 
 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol