• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-da "Qara Cümə" - VİDEO

ABŞ-da "Qara Cümə" - VİDEO
26.11.2016 15:10
Bir çox amerikalı hətta ənənəvi Şükranlıq şam yeməyini başa vurmamış "Qara Cümə" alış-verişi üçün cümə axşamından dükanların önündə növbələrə dayanmağa, çadır quraraq gecələməyə başlayıb.

Kmart kimi bəzi dükanlar ənənəni saxlayaraq qapılarını səhər saat 6-da açsa da, bir çox dükan dünəndən tam gün açıq olub.

ANN.Az "Amerikanın Səsi"nə istinadən bildirir ki, Şükranlıq Gününün səhəri Amerikada Black Friday "Qara Cümə" günü kimi tanınır. Bu gün Amerikanın ən böyük ticarət mərkəzlərində elektrotexnika malları, oyuncaqlar və geyimlər böyük endirimlərlə satışa çıxarılır.
Macy's dükanlar şəbəkəsinin ikonik filialı olan Nyu-York şöbəsi "Qara Cümə"dən öncə cümə axşamı günü qapılarını alıcılara açıb. Şirkət bildirib ki, cümə axşamı günü saat 5-də açılmamışdan əvvəl növbədə 16 mindən çox insan dayanıb.

ABŞ-da "Mall"ların böyük əksəriyyəti ya cümə axşamı gec saatlarda, ya da cümə günü sübh tezdən açılıb.

Ancaq bir çox müşahidəçilər ötən illə müqayisədə bu il növbəyə dayananların və alıcıların sayının daha az olduğunu bildirirlər.

Hər il noyabr ayının sonuncu cümə axşamı günü qeyd edilən Şükranlıq Günü həm də Amerika Birləşmiş Ştatlarında bayram alış-veriş mövsümünün başlanğıcı deməkdir.

Şükranlıq Gününün səhəri Amerikada Black Friday "Qara Cümə" günü kimi tanınır. Bu gün Amerikanın ən böyük ticarət mərkəzlərində elektrotexnika malları, oyuncaqlar və geyimlər böyük endirimlərlə satışa çıxarılır.

Bu il bir sıra şirkətlər yüngül sənaye mallarının satışlarında kəskin artımın artıq müşahidə olunduğunu bidirib. Lakin Amerikanın WalMart, Target və Macy's kimi böyük ticarət şirkətləri seçkilərdən sonra istehlakçı davranışında böyük fərqin hiss edilmədiyini qeyd edib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol