• $
  • €
  • ₽
  • ₺
  • £

Səfirin qətli ilə bağlı yeni video yayıldı

Səfirin qətli ilə bağlı yeni video yayıldı
23.12.2016 09:14
"Rossiya” telekanalının Ankaradakı xüsusi müxbiri Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlindən sonra bir neçə dəqiqə ərzində baş verənlərin əks olunduğu videokadrları əldə edib.   
 
APA-nın "Vesti.ru”ya istinadən verdiyi xəbərə görə, videoda çaxnaşma, yaralı insanlar və onlara yardım etməyə çalışan şəxslər öz əksini tapıb. Videoda, bundan başqa, yerə düşən qan damcıları, çevrilmiş masalar, qadın çığırtısı əks olunub. Telekanal görüntünün insanların hadisə baş verən an qalereyadan çıxma məqamını əks etdirən yeganə kadrlar olduğunu qeyd edir.  Arxa fonda qatilin yerdə uzanmış A.Karlova yaxınlaşması, sanki yoxlamaq məqsədi ilə, ona sarı əyilməsi əks olunub.   
Advertising 10

Hadisə yerində olmuş türkiyəli fotoqraf Uğur Kavasa hadisə zamanı üç qadının yaralandığını bildirib: "Güllələrdən biri rikoşet verərək qadının əlinə dəydi, daha bir qadın qolundan, digəri isə ayağından yaralandı. Yer qan içində idi.  Qatil sonra sərgilənən fotoşəkilləri qopararaq, yerə atmağa başladı. Masalardakı kokteylləri, butulkaları da yerə tulladı”.    
 
Telekanalın məlumatına görə, qatil  Mert Altıntaşa təslim olmaq təklif olunub. "Mən ölmək üçün buradayam”, - deyə o cavabında bildirib.
 
Məlumata görə, polislər qatili əvvəlcə ayağından yaralayıblar. Lakin, o, yaralandıqdan sonra da atəş açmağı davam etdirib və bir an əlini cibinə salıb. Qumbaranı işə salacağını zənn edən  polislər onu məhv etməli olublar.
 
Qatil  Mert Altıntaşın evindən tapılan məktubda o bu əməli Allah naminə etdiyini qeyd edib.       
 
Xatırladaq ki, dekabrın 19-da Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.
 
Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.
 
O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol