• $
  • €
  • ₽
  • ₺
  • £

Poçtalyon rolunu yerinə yetirən pilotsuz uçan aparatlar

Poçtalyon rolunu yerinə yetirən pilotsuz uçan aparatlar
23.12.2016 21:54
Fransanın "DPDgroup" poçt şirkəti poçt bağlamalarının çatdırılmasında dronlardan istifadəyə dair ölkənin Baş Mülki Aviasiya İdarəsindən icazə alıb.

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki,sınaqlar bir çox ölkələrdə (məsələn, Sinqapur və Avstraliya) aparılır. "Amazon" şirkəti artıq bu məqsədlə ABŞ-da pilotsuz uçan aparatlardan aktiv istifadə edir.Ancaq hələ ki dronlar yerli qanunvericiliyin xüsusiyyətləri və zəruri infrastrukturun olmaması səbəbindən bağlamaların müntəzəm çatdırılmasında istifadə edilmir.

"DPDgroup" şirkəti son iki ildə dronları sınaqdan keçirib.Bu müddət ərzində aparatlar ümumilikdə 600 saatdan çox havada olublar.2015-ci ildə layihənin ilk təqdimatında poçt bağlaması Fransanın Nəqliyyat hakimiyyətinin nümayəndələrinə çatdırılıb.Nümayiş zamanı pilotsuz uçan aparat 1.5 kq ağırlığında bağlamanı 14 km məsafəyə çatdırıb.

İndi "DPDgroup" şirkəti poçt bağlamalarının 15 km-lik məsafəyə çatdırılması üçün dronlardan istifadə edir.Bağlamalar poçt şöbələrinə və xüsusi enmə meydançasına malik olan şirkətlərə çatdırılır.Pilotsuz uçan aparat həftədə bir neçə dəfə yalnız kommersiya bağlamalarının çatdırılması üçün istifadə olunur.

Şirkətin pilotsuz uçan aparatının maksimum uçuş məsafəsi 20 km təşkil edir.Aparat saatda 30 km sürətlə hərəkət edə və 3 kq ağırlığında bağlamaları daşıya bilər.Dron naviqasiya üçün "GPS" və kameradan istifadə edir: çəkilən şəkillər poçt şöbəsindəki operatorun pultuna ötürülür.
 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol