• $
  • €
  • ₽
  • ₺
  • £

Bu reklam çarxı Türkiyəni bir-birinə qatıb - VİDEO

Bu reklam çarxı Türkiyəni bir-birinə qatıb - VİDEO
03.04.2017 13:28
Türkiyənin ən böyük qida markalarından biri olan "Ülkər”in 1 aprel-Gülüş Günü ilə əlaqədar hazırladığı "Hesablaşmaq zamanı” silsilə reklamları ölkəni bir-birinə qatıb. 

Reklamda qeyd olunan ifadələrin və görüntülərin şirkətin yeni bir çevriliş mesajı verdiyini iddia edən şəxslər ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin qarşısında keşik çəkməyə başlayıblar. Həmin şəxslər arasında millət vəkili Mətin Külünk də olub.
Xaricdə olan şirkət prezidenti Murad Ülkər tvitterdə bütün bunların şirkət üçün qurulan tələ olduğunu yazıb. Onun bu tvitinə 5 minə yaxın şərh gəlib və böyük əksəriyyəti şirkət prezidentinin əleyhinə olub.

Reklamda "hesablaşmaq zamanıdır”, "acılar səni tapacaq” kimi ifadələr cəmiyyət tərəfindən xoş qarşılanmayıb və bunun sırf bir mesaj verdiyi iddia olunub. Bundan başqa, sosial şəbəkə istifadəçiləri yeni videolar hazırlayaraq reklamda istifadə olunan səs və görüntü effektlərinin partlayışa, qorxuya eyham vurduğunu bildirir.
 
Bütün bu olanlardan sonra şirkət açıqlama verərək marka əleyhinə yalan informasiya yayanlar barədə məhkəməyə müraciət etdiklərini və hər şeyin hüquqi yollarla həll olunacağını bildirib:

"Bir reklam kampaniyamızda istifadə etdiyimiz cümlələr və görüntülər əlaqəsiz bir istiqamətə çəkilib. Markamız barədə əsassız iddialar səsləndirilir. Hər şey hüquqi yollarla həll olunacaq və şirkət olaraq artıq məhkəməyə müraciət etmişik”.

Məşhur marka reklam çarxlarını hazırlayan agentliklə olan əməkdaşlığı sonlandırıb. Bundan başqa, holdinqdə reklam çarxının çəkilməsi ilə əlaqədar olan şəxslər barədə geniş araşdırma başladılıb.

Şirkət aprelin 1-i verdiyi açıqlamada reklamın mart ayının 20-dən televiziyalarda yayımlandığını və ailə üzvləri arasındakı zarafatları əks etdirdiyini qeyd etmişdi:

"1944-cü ildən fəaliyyət göstərən və məhsulları ilə hər kəsin sevgisini qazanan bir şirkət olaraq böyük bir dəyərə sahib olduğumuzu dərk edirik. Heç kim əziz vətənimizə və millətimizlə bütünləşən markamıza zərər verə bilməyəcək. Bu, bizə qarşı məqsədli şəkildə qurulmuş bir oyundur”.
Sözügedən reklam çarxı ilə bağlı ölkənin Baş naziri Binəli Yıldırım da yerli kanala verdiyi müsahibə zamanı münasibət bildirib. Baş nazir reklam çarxını uğursuz adlandırıb:

"Reklam çarxını görməmişəm, ancaq mənə dedilər ki, insanlara çevriliş günlərini xatırladan yersiz cümlələrdən istifadə olunub. Hesablaşmaqdan danışılırmış. Onsuz da, cəmiyyətdə bir narahatlıq var. Bu da həmin narahatlığı bir az da artıran uğursuz bir reklam kampaniyasıdır”. 
Sözügedən reklam kampaniyasından sonra şirkətin hissələri dəyər itirərək 3,47% düşüb.
 


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol