• $
  • €
  • ₽
  • ₺
  • £

Daşkənddə səkkiz ton ağırlığında plov hazırlandı

Daşkənddə səkkiz ton ağırlığında plov hazırlandı
09.09.2017 12:00
Sentyabrın 8-də Daşkənddə "Uzbegim” ənənəvi mədəniyyət festivalı keçirilib. Tədbirə bir sıra ölkələrin və beynəlxalq təşkilatların təmsilçiləri, "Ginnesin Rekordlar Kitabı”nın nümayəndələri, səfirlər, yerli və xarici jurnalistlər qatılıb.

Anews.az xəbər verir ki, festivalda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov təmsil edib.

Tədbir çərçivəsində tətbiqi sənət və qastronomik yarmarka, tətbiqi sənət üzrə ustad dərsləri, folklor şou proqramı, kəndirbazların əyləncəli tamaşaları olub və digər xalq oyunları, "Uzbegim” kitabının təqdimatı keçirilib.

"Ginnesin Rekordlar Kitabı”na düşmək üçün 4,2 metr diametri olan qazanda hazırlanan plov dünyada ən böyük plov olacaq. Səkkiz tonluq plovun hazırlanmasında Özbəkistanın hər yerindən 50 aşpaz iştirak edib.

Təşkilatçıların məlumatına görə, plovun hazırlanmasına 1500 kiloqram qoyun, 450 kiloqram mal əti, 400 kiloqram bitki yağı, 200 kiloqram quyruq yağı, 1900 kiloqram düyü, 270 kiloqram kök, 220 kiloqram soğan, 57 kiloqram duz, 350 litr su, həmçinin müxtəlif ədviyyatlar işlənib.

Xatırladırıq ki, xüsusi olaraq Özbəkistanda hazırlanan böyük qazanın diametri 4,2 metr, ağırlığı 7070 kiloqram, dərinliyi 1,5 metrdir.

"Ginnesin Rekordlar Kitabı”nın nümayəndəsi Steninq Riçard jurnalistlərə bildirib ki, özbək milli yeməkləri dünyada yüksək qiymətləndirilir. Yeməklərlə bağlı Rekordlar Kitabına düşmək üçün ərzağın çəkisi dörd tondan artıq olmalıdır. Bu gün isə səkkiz ton ağırlığında plov hazırlandı. Əminəm ki, bu gün Daşkənddə bişirilən plov "Ginnesin Rekordlar Kitabı”na düşəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol