• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya məxfi silahı işə saldı: ABŞ-a CAVAB

Rusiya məxfi silahı işə saldı: ABŞ-a CAVAB
13.09.2017 23:55
Rusiya Arxangelsk vilayətinin "Plesetsk” kosmodromundan "RS-24 Yars” qitələrarası ballistik raketin işə salınması həyata keçirilib.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, ballistik raket bölünən baş hissə ilə təchiz edilib.

"İşə salınmanın əsas məqsədi analoji sinifdən olan raketlər partiyasının etibarlılığını təsdiq etməkdir.

Eksperimental döyüş blokları Kamçatka yarımadasında "Kur” poliqonunda müəyyən edilmiş hədəflərə çatıb”, - xəbərdə deyilir.

Müdafiə Nazirliyindən həmçinin bildiriblər ki, işə salınma müvəffəqiyyətlə yerinə yetirilib.

Qeyd edək ki, sözügedən ballistik raketi məxfi adlandırırlar. Artq işə salınmasına baxmayaraq, onun haqqında məlumat çox azdır.

Bu ayın əvvəlində ABŞ "SpaceX” şirkətinin istehsalı olan "Falcon Heavy” super ağırçəkili raketin birinci müvəffəqiyyətli sınaqlarını keçirib. Bildirilir ki, o dünyada ən güclü kosmik raket statusuna iddia edə bilər.

Şirkətin ilkin hesablamalarına görə, "Falcon Heavy” raketinin işə salınması 120 milyon dollara başa gələcək. Raketin birinci işə salınması cari ilin noyabrına planlaşdırılıb. "Falcon Heavy” 1420 ton təşkil edir, ancaq raket 63 ton yükü aşağı yerətrafı orbitə çıxara biləcək.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol