• $
  • €
  • ₽
  • ₺
  • £

Bu məhbuslar da həbsdən qaçıb - Gecə saatlarında...

Bu məhbuslar da həbsdən qaçıb - Gecə saatlarında...
01.11.2017 10:08
Ötən həftənin ən diqqətçəkən hadisəsi Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan zaman qaçan məhbuslar oldu.

Anews.az metbuat.az-a istinadın dünyanın müxtəlif ölkələrində bu hadisəyə bənzər film kimi həbsxana qaçışlarını təqdim edir.

Con Cillincer - Taxtadan yonulmuş və ayaqqabı boyası ilə qara rəngə boyanmış saxta tapança ilə həbsdən qaçıb.

1934-cü ilin 3 martında Conni çoxlu sayda polis və milli qvardiya hərbçiləri tərəfindən qorunan Kroun Poynt həbsxanasından qaçmağı bacarır. Hadisənin səhəri yerli qəzetlərdə məhkumun taxta silahın köməkliyi ilə qaçması xəbəri yayılır. O, taxtadan hazırlanmış silah ilə nəzarətçini təhdid edərək qapının açılmasına müvəffəq olur. Daha sonra isə bütün nəzarətçiləri kameraya yığaraq qapını bağlayır və sakitçə həbsxananı tərk edir.

Culian Şotard - Onu həbsxanaya gətirən furqonun aşağı hissəsində gizlənərək türmədən qaçır.

2009-cu ildə fransız Culian Şotard qeyri-adi üsulla həbsxanadan qaçmağı bacarır. Furqondan düşən məhkumlar sıra ilə içəri keçməklərini gözləyirlər. Cəld davranan Culian isə furqonun ən aşağı hissəsinə gələrək, düşdüyü furqonla da geri qayıdır. O, bu hadisədən bir müddət sonra polisə gələrək özü könüllü təslim olur.

Frenk Morris, Klarens və Con Enqlinin – Alkatrasdan qaçmağı bacaran yeganə məhkumlar.

11 iyun 1962-ci ildə Frenk Morris və Enqli qardaşları bu günə qədər mövcud olmuş ən çətin qaçış planını həyata keçiriblər. Gecə bütün məhbuslar yatandan sonra Morris və Klarens havalandırma şaxtası ilə yuxarı qalxır və bacaların birindən dama çıxırlar. Daha sonradan onlar damdan aşağı enərək əvvəlcədən hazırladıqları rezin qayıqlarla üzərək adanı tərk edirlər. Bu müəmmalı hadisə əsasında sonradan Hollivudda filml də çəkilib.

Paskal Payet - Üç dəfə vertolyotla həbsdən qaçmağı bacarıb.

Paskal Payet inkassator maşınının qarət edilməsi zamanı qətl hadisəsi törətdiyinə görə həbs edilib. 2001-ci ildə o, 30 illik azadlıqdan məhrum edilmiş və o zamandan bu yana üç dəfə həbsdən qaçmağı bacarıb. Sonuncu dəfə 2007-ci ildə həbsxananın damına 1 saat öncə Kann istirahət mərkəzindən pilot ilə birgə oğurlanmış vertolyot enir. Vertolyotu oğurlayanlar Paskal Payetlə əlbir olan şəxslər idi və cinayətkar onlarla birgə vertolyotla uzaqlaşmağı bacarır. Onlar Aralıq dənizinin sahilində pilotu sərbəst buraxırlar və o vaxtdan bu günə qədər onları bir daha görən olmayıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol