Rusiyada təyyarə qəzası: Ölən var

Rusiyanın Amursk vilayətinin Ekimçan qəsəbəsində An-2 təyyarəsi qəzaya uğrayıb.
Anews.az TASS-a istinadən xəbər verir ki, təyyarə sərt eniş edib və bu zaman yanıb. Hadisə yerinə Ekimçan qəsəbəsinin yanğınsöndürənləri gəliblər.
Fövqəladə vəziyyətlərdəki mənbənin məlumatına görə, pilotlardan biri ölüb.
Təyyarədə sərnişin olmayıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























