• $
  • €
  • ₽
  • ₺
  • £

Səudiyyə kralı erməni imiş

Səudiyyə kralı erməni imiş
02.12.2017 14:11
Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?

Erməni mətbuatı bu axşam ermənilərin özünü də şoka salıb: Səudiyyə kralları erməni mənşəli imiş.

İstiPress-in məlumatına görə, bu barədə İrəvanda dərj olunan "newsarmenia.am” portalı Səudiyyə şahzadəsi Əl-Valid ben Talalın həbsi ilə bağlı dərc etdirdiyi məqalədə bildirib. Bu məlumat hətta məqalənin başlığında yer alıb. "Həbs olunan erməni mənşəli Səudiyyə milyarderi hakimiyyətlə sövdələşməyə getməkdən imtina edib”,- deyə məqalənin başlığında bildirilir.

Prinsipcə, Əl-Valid ben Talal Səudiyyə Ərəbistanını idarə edən Anaza qəbiləsindəndir ki, qəbilə öz kökünü İsmayıl peyğəmbərə bağlayır. Qəbilənin əcdadı Adnan İsmayıl peyğəmbərin törəməsidir və Məhəmməd peyğəmbərin də 21-ci nəsil babası sayılır. 

Hazırkı kral Salman "newsarmenia.am” portalının haqqında bəhs etdiya Əl-Valid ben Talalın doğma əmisidir. Ermənilər məhz kral Salmanın anasının, yəni Əl-Valid ben Talalın nənəsinin erməni olduğunu iddia edirlər. Portalın yazdığına görə, Səudiyyə krallığının əsasını qoymuş Abdel Əziz ibn Saud 1915-ci ildə başlamış erməni qiyamı zamanı Türkiyədən qaçmış erməni qızı ilə evlənib.

Yəni belə çıxır ki, Səudiyyə kralları artıq ikinci nəsildən erməni qanı daşımağa başlayıblar. Hər şey mümkündür. Bu versiyaya inanılırsa, Səudiyyə krallarının uzun müddət Türkiyəyə düşmən davranması, Qarabağ münaqişəsinin ilk günlərindən Ermənistanı dəstəkləməsi boş yerdən deyilmiş.

Bu arada, Əl-Valid ben Talal dünyanın ən varlı adamlarındandır. O, dünya əmlak və səhm bazarının fəal iştirakçılarındandır. "Forbes”in versiyasına görə, 2007-ci ildə onun kapitalı 21,5 milyard dollar qiymətləndirilib. O, Bakıda da mehmanxanası olan "Four Seasons Hotels” zəncirinin ortağıdır. 4 noyabr 2017-ci ildə korrupsiya əleyhinə komitənin qərarı ilə tutulub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol