• $
  • €
  • ₽
  • ₺
  • £

12 min erməni ordudan qaçdı

12 min erməni ordudan qaçdı
07.12.2017 12:13
Ermənistan parlamentində "Məcburi hərbi xidmətdən yayınan vətəndaşlar haqqında” qanun yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, erməni deputatlar Karine Açemyan, Qalust Saakyan, Vaqe Enfiadjyan və Avqan Vardanyan bu qanunun işləmə müddətinin 2019-cu ilin 31 dekabrına qədər uzadılmasını təklif ediblər. Müzakirələrdən sonra qanunun tətbiqinin uzadılması təklifi qəbul olunub.

Qanuna görə, Ermənistandan kənarda yaşayan hərbi xidmət keçməmiş vətəndaşlara qarşı cinayət işi açılır və onlar axtarışa verilir. 27 yaşına qədər olan hərbi xidmət keçməmiş şəxslər qanunu pozduqlarına görə məsuliyyətə cəlb olunurlar. Hərbi xidmətdən yayınmış vətəndaşların həbsxanaya düşməməsi üçün yeganə yol bunun müqabilində pul ödəməkdir.

Bu qanun 2003-cü ildə qəbul edilib. Statisikaya görə, 2004-cü ildə bu qanundan 9147 vətəndaşa qarşı istifadə olunub. Ötən müddət ərzində hərbi xidmətdən yayınmağa görə həbs olunmaqdan xilas olmaq istəyən ermənilər Ermənistan büdcəsinə 10 milyard dramdan artıq pul ödəyib. Lakin hazırda 12 min erməni hərbi xidmətdən yayınmaya görə axtarışa verilib.

Erməni jurnalist Avetisa Babadjanyan yazır ki, qanunun işləmə müddətinin uzadılması axtarışda olan vətəndaşların pul ödəyərək məsuliyyətdən xilas olmasına imkan yaradır: "Lakin əvvəlki dövrdən fərqli olaraq, bu gün xaricdə olan ermənilər özləri gəlmir, əvəzində onların səlahiyyətli nümayəndəsi pulu gətirərək, axtarışı ləğv edirlər. Bu o deməkdir ki, hakimiyyət bu insanların Ermənistana qayıdışında maraqlı deyil, əvəzində pulun ödənməsində maraqlıdır. Digər tərəfdən, ödənməsi vacib olan pulun da məbləği ikiqat artıb. Əgər əvvəllər hərbi xidmətdən yayınmaya görə axtarışa verilən xaricdəki erməni məsuliyyətdən azad olmaq üçün 100 000 dram ödəməli idisə, bundan sonra 200 000 dram ödəyəcək. 12 min erməni bu pulu ödəyərsə, bu 3 milyon 600 min dram deməkdir”.

Parlamentdə qanunun müzakirəsi zamanı erməni deputatların çıxışları da diqqət çəkir.

Deputat Karine Açemyan parlamentdə sübut etməyə çalışıb ki, bu qanunun tətbiqi xeyirxah addımdır. Onun sözlərinə görə, guya çoxsaylı ermənilər pul ödəyərək, axtarışdan xilas olmaq və istədikləri vaxt evlərinə gəlmək istəyir.

Ermənistan müdafiə nazirinin müavini isə bu qanunun orduda xidmət etməkdən yayınmaya kömək edəcəyini qeyd edərək, yumşaq şəkildə etirazını bildirib.

"Yelk” fraksiyasının üzvü Edmon Marukyan isə qanuna etiraz edib.

"Biz ümumiyyətlə pul ödəyərək, hərbi xidmətdən azad olmaq imkanından imtina etməliyik. Bu insanlar orduda xidmətə çağırılmalıdır. Çünki onların xidməti hazırkı situasiyada ordu üçün vacibdir. Lakin görünür, hakimiyyət pulu çox istəyir. Bu insanlar əslində Ermənistana qayıtmağı arzu etmirlər”, - deyə o bildirib.

Jurnalist A.Babadjanyan da qeyd edir ki, qanunun işləmə müddətinin uzadılmasının səbəbi büdcəyə gələcək puldur: "Bu qanundan kim istifadə etməlidir? 12 min insanın bir qismi Avropa İttifaqına üzv dövlətlərdə, yaxud ABŞ-da yaşayır. Onlar qaçqın statusu ilə oraya gediblər. Əgər qaçqın statusu varsa, deməli onlar getdikləri ölkələrdə vətəndaşlıq hüququ alıblar, yaxud da alacaqlar. Yəni onlar üçün bu qanun maraqlı deyil və çətin ki, 6000 avro ödəyərək, Ermənistana rahat şəkildə gəlmək istəyən tapılar. Bu qanundan ən çox əziyyət çəkən Rusiyada yaşayan ermənilərdir. Rusiyada yaşayan və hərbi xidmətdən yayınmaya görə axtarışa verilən erməni gənclər bu ölkədə vətəndaşlıq ala bilmirlər. Çünki vətəndaşlıq üçün müraciət edəndə, onların axtarışda olduğu üzə çıxır. Buna görə də onlar qeyri-qanuni işləyirlər. Lakin onlar da Rusiyada vətəndaşlıq almaq üçün Ermənistan büdcəsinə 7200 dollar ödəməyəcəklər. Ola bilər ki, kimlərsə bu məbləği ödəsin, lakin əksəriyyət bunu etməyəcək”.

Erməni jurnalist əlavə edir ki, bu qanun Ermənistandakı situasiyanı əyani şəkildə göstərir.

"Təsəvvür edin, Rusiyada işləyən iki erməni gəncin birinin pulu var, digərinin yox. Pulu olan məbləği ödəyib, məsuliyyətdən xilas olacaq. Pulu olmayan isə birbaşa həbsxanaya göndəriləcək. Bu o deməkdir ki, Ermənistan kasıblar üçün deyil və zənginlər azadlıqda, kasıblar həbsxanadadır”, - deyə o bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol