• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı “krallar” ikinci nəhəng bazanı tikir

Azərbaycanlı “krallar” ikinci nəhəng bazanı tikir
08.12.2017 15:06
Moskvanın daşınmaz əmlak kralları, "Kiyevskaya ploşad” şirkətinin sahibləri, Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyev Rusiya paytaxtında daha bir nəhəng topdansatış ərzaq bazası tikməyə hazırlaşır. 

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, biznesmenlər bu məqsədlə Moskva ətrafındakı Ximki rayonunda 33 hektar torpaq sahəsi alıblar. Sövdələşmə 3 milyard rubl həcmində dəyərləndirilir.

Mənbələr deyiblər ki, "Kiyevskaya ploşad” şirkətinin Moskvadakı "Food City” topdansatış ərzaq bazası tipində yeni topdansatış bazası tikmək planı var. 91 hektar sahəni tutan və 1 milyon kvadratmetrə yaxın obyekt sahəsi olan "Food City” Moskvanın topdansatış ərzaq və meyvə-tərəvəz bazarının böyük hissəsinə nəzarət edir. "Forbes”in hesablamalarına görə obyektin icarəsindən ildə 1.27 milyard dollar gəlir əldə ounur. Nisanov və ortaqları Moskvada bundan başqa bir sıra kommersiya daşınmaz əmlakın sahibləridir.

Bu arada Rusiya mənbələri onu da xəbər verir ki, Nisanov və İliyev "Moskva-Siti” elit yaşayış və biznes kompleksində 50 mərtəbədən ibarət "Grand Tower” göydələninin tikintisi layihəsindən imtina edib. Biznesmenlər bu layihəni Griqori Bayevskiyə satıb. Bayevski Putinin dostu olan Rotenberq qardaşlarının biznes ortaqlarıdır. Hazırda göydələnin tikintisi dayanıb, təkcə özül işləri görülüb. Bu layihənin başa çatdırılması üçün 350-400 milyon dollar investisiya tələb olunur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol