• $
  • €
  • ₽
  • ₺
  • £

Kadırov ABŞ-a meydan oxudu

Kadırov ABŞ-a meydan oxudu
21.12.2017 17:00
Çeçenistan Muxtar Respublikasının prezidenti Ramzan Kadırov ABŞ-la bağlı sərt açıqlamalar verib.

Yenicag.az xarici KİV-ə istinadən bildirir ki, Kadırov özü ilə barəbər 5 Rusiya vətəndaşının "Maqnitski” siyahısına daxil edilməsini məsxərəyə qoyub. İdman zalında çəkdiyi videonu "İnstagram” hesabından paylaşan Kadırov bu sözləri deyib:

"”Maqnitski siyahısı”… Amerikanlar yazır ki, mən bununla insan hüquqlarını pozuram. Kiçik, amma qürurlu Çeçenistan o boyda ölkəyə dinclik vermir. Mənə embarqo qoyublarmış. Özümü çox xüsusi hiss edirəm, ABŞ məni necə də böyük bir hədiyyəyə layiq görüb. Ancaq narahat olmasınlar, hələlik, ABŞ torpaqlarına daxil olmağımla bağlı təlimat almamışam”.

Həmçinin, Kadırov bildirib ki, ABŞ-ın kəşfiyyat orqanlarının narahatçılığına səbəb olduğu üçün özü ilə fəxr edir. İnsan hüquqlarını pozduğuna görə sanksiyaya məruz qalan Kadırovun sözlərinə görə, əslində, bu siyahıya Ağ Ev və Pentaqon rəsmilərinin adları daxil edilməli idi:

"Yerli amerikalıların, milyonlarla afrikalının qətlə yetirilməsini Xirosima və Naqasiki qurbanlarını, milyonlarla viyetnamlını, Əfqanistanı, İraqı, Liviyanı, Belqradı yaddan çıxartmısız? Mənim siyahım da ABŞ-ın qanlı davranışları ilə doludur. Çeçenistanda sülh və sabitlik hakimdir, ABŞ isə bütün dünyanı qana boyayır.”

Kadırov onu da əlavə edib ki, hətta ona mükafat versələr belə ABŞ-a getməz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol