• $
  • €
  • ₽
  • ₺
  • £

Ağ Ev 64 dövlətə ziyafəti verəcək

Ağ Ev 64 dövlətə ziyafəti verəcək
22.12.2017 16:45
ABŞ BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınması haqqında qətnamə layihəsinin əleyhinə səs verən, bitərəf qalan və səsvermədə iştirak etməyən dövlətlərin nümayəndələrinə xüsusi ziyafət verəcək.

Anews.az Report-a istinadən bildirir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyle bildirib.

O, həmin dövlətlərin BMT-dəki təmsilçilərinə göndərdiyi məktubda təşkil olunacaq tədbiri "ABŞ-la dostluqlarına görə təşəkkür” ziyafəti adlandırıb.

Ziyafət 2018-ci il yanvarın 3-də veriləcək.

Qeyd edək ki, ötən gecə BMT Baş Assambleyası Türkiyə və Yəmənin təqdim etdiyi "İsrailin işğal edilmiş Şərqi Qüdsdə və Fələstin ərazisinin qalan hissəsində qanunsuz fəaliyyəti” adlı qətnamə layihəsini təsdiqləyib. Sənədin lehinə 128 ölkə səs verib. 

ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya qətnamə layihəsinin əleyhinə olub. 35 dövlət, o cümlədən Çexiya, Argentina, Avstraliya, Latviya, Polşa, Xorvatiya isə bitərəf qalıb.

Gürcüstan, Ukrayna, Moldova, Monqol Eli, Zambiya daxil olmaqla, 21 ölkə səsvermədə iştirak etməyib.

Beləliklə, ABŞ yanvarın 3-də İsrail də daxil olmaqla, 64 dövlətin nümayəndəsinə "təşəkkür ziyafəti” verəcək. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol