• $
  • €
  • ₽
  • ₺
  • £

Lotu Qulinin yaxın adamını vəhşicəsinə döydülər

Lotu Qulinin yaxın adamını vəhşicəsinə döydülər
23.12.2017 13:12
39 yaşlı kriminal avtoritet Aleksey Salomatin kəllə-beyin travması ilə Rusiyanın Tula vilayətinin mərkəzi xəstəxanasına yerləşdirilib.

Anews.az-ın "Praym Kraym” nəşrinə istinadən xəbərinə görə, Salomatin "oğru” adından məhrum edilsə də, hələ də özünü "qanuni oğru” hesab edirdi. Dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayan Salomatin sonda vəhşicəsinə döyülüb.

Salomatin 2013-cü ildə Nadir Səlifovun (Lotu Quli) qardaşı Namiq Səlifovla birgə "oğru” adı alıb. Salomatinin "xaç atası” 54 yaşlı "qanuni oğru” Vladimir Jurakovski ("Vova Puxlıy”) olub. O Quliyə ən yaxın slavyanlardan biri sayılır. 

Nəşr iddia edir ki, Lotu Quli keçmiş SSRİ-nin ərazisində bir nömrəli kriminal avtoritet olmaq istəyir. Salomatinin döyülməsi də ilk növbədə Quliyə atılan çağırışdır. 

"Praym Kraym” yazır ki, Lotu Quli artıq Rusiyada nüfuzunu genişləndirməyə başlayıb. O, hər gün İstanbulda villasında Rusiya regionlarından nümayəndələri qəbul edir. Quli onlarla toplantı keçirir, vəzifə və öhdəliklər verir.

Həmçinin qeyd olunur ki, Salomatin "qanuni oğru” adından 64 yaşlı "Şakro Molodoy” ləqəbli Zaxariya Kalaşov tərəfindən məhrum edilib. Kalaşov bu gün Rusiyanın kriminal aləminin lideri sayılır. Lakin Zaxariyanın 2016-cı ilin avqust ayında həbs edilməsi və onun yaşının çox olması ilə əlaqədar, 2018-ci ildə oğru dünyasında böyük dəyişikliklər gözlənilir. Qanuni oğruların yeni lideri kimi Lotu Quli göstərilir. "Şakro Molodoy” isə həbsxanadan bunun qarşısını almaq və hakimiyyəti əlində saxlamağa çalışır. 

Xatırladaq ki, Rusiya hökuməti Lotu Quliyə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. Axtarışda olduğu üçün Qulinin Rusiyaya qanuni səfəri mümkün deyil.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol