• $
  • €
  • ₽
  • ₺
  • £

Lotu Quli qardaşını Moskvaya niyə göndərdi?

Lotu Quli qardaşını Moskvaya niyə göndərdi?
05.01.2018 12:57
Hazırda İstanbulda məskunlaşan Lotu Quli - Nadir Səlifov qardaşı Namiq Səlifovu Moskvaya göndərib.

Lent.az-ın məlumatına görə, məqsəd orada azərbaycanlılarla görüşüb Qulini "1 nömrəli qanuni oğru" kimi qəbul etdirmək, iri bazar və ticarət obyektlərinin sahiblərinin ona biət etməsinə nail olmaqdır.

Məlumata görə, əksər azərbaycanlılar Quliylə problem yaşamamaq üçün onunla razılaşıblar. Amma Rusiya paytaxtının Kalujsk şossesində yerləşən ən böyük meyvə-tərəvəz bazası olan "Fud Siti”yə əl qoymaq mümkün olmayıb. Bu bazara nəzarət edən Rövşən Lənkəranskinin qohumu Zaur və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs Qulinin təklifini geri çeviriblər.

Mövzuyla bağlı başqa bir məlumatda deyilir ki, hazırda "Fud Siti”dəki ofislərində məskunlaşan Zaur və Məhərrəm son günlər çoxsaylı mühafizəçilərlə gəzirlər. Onların mühafizəsiylə ondan çox şəxs məşğuldur. Hər iki şəxs sui-qəsd ehtimalına görə ictimai yerlərdə görünmürlər, təmasları azaldıblar.

Məlumata görə, Quli MDB məkanında bir nömrəli qanuni oğru adını təkcə azərbaycanlılar arasında təsdiq etmək istəmir. O, bütün Rusiya ərazisində bunu sübuta yetirmək niyyətindədir. Heç kimə sirr deyil ki, bu adı bir qədər əvvələcən "Şakro Molodoy" daşıyırdı. Amma o, indi həbsdədir. Və məhkəmənin onu uzun müddətə cəzalandıracağı da sirr deyil.

Bir qədər əvvəl isə o, Vasili Xristoforovu (Vasya Voskres) öz varisi elan edərək, hamını onun ətrafında birləşməyə çağırmışdı. Əksər slavyan mənşəli oğrular da "Voskres”in liderliyini qəbul etmişdilər. İndi Vasili Xristoforovu da Lotu Quliylə amansız döyüş gözləyir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol