• $
  • €
  • ₽
  • ₺
  • £

Berlinin 29 yaşlı azərbaycanlı polis komissarı

Berlinin 29 yaşlı azərbaycanlı polis komissarı
25.01.2018 15:41
Almaniyanın "Bild” onlayn dərgisində Berlinin Noyköln rayonunda polis komissarı olan azərbaycanlı miqrant Lana haqqında məqalə dərc olunub.

"15 yaşında almanca danışa bilmirdi, indi isə polis komissarıdır”, - deyə məqalədə bildirilir. 

Anews.az xəbər verir ki, məqalədə Lana miqrantların alman cəmiyyətinə uğurlu inteqrasiyasının ən yaxşı nümunəsi kimi göstərilir.

"15 yaşım olanda anamla Berlinə köçmüşəm, almanca bir kəlmə bilmirdim, salamlaşa da bilmirdim”, - deyə Lana Bz-berlin.de saytına verdiyi müsahibədə bildirib. Hazırda qadının alman dilində səlis və ləhcəsiz danışdığı qeyd olunur.

Lana qeyd edir ki, məktəbdə oxuduğu illərdə sinif yoldaşları onu məsxərəyə qoyub:

"Bütün gün ağlayırdım, ancaq ailəsini dolandırmaq üçün Bakıda işləyən və bura yalnız altı il sonra köçmüş atamı heç vaxt unutmurdum”.

Orta məktəbdə tədrislə bağlı təəssüratını bölüşən Lana həmin dönəmin əsl "mübarizə”  olduğunu deyib:

"Mənim heç vaxt dostlara ayırmağa vaxtım olmasa da, nə istədiyimi qəti şəkildə bilirdim. Dünyada nələrisə yaxşılığa doğru dəyişmək üçün polis olmağı arzulayırdım”, – deyə Lana bildirib.

Arzularının ardınca düşən Lana Berlin İqtisadiyyat və Hüquq Universitetinə daxil olub, polis xidməti fakültəsində oxuyub, diplom işinin mövzusu "Berlin polisində olan miqrantlar: motivasiya və əngəllər” olub.

Bz-berlin.de qeyd edir ki, Lana miqrantların cəmiyyətə uğurlu inteqrasiyasının ən baris nümunəsidir.

Hazırda Lana polis komissarıdır və artıq iki ildir ki, Berlinin Noyköln rayonunda təhlükəsizliyə nəzarət edir. Rus, türk, ingilis və fransız dillərini bilməsi ona fəaliyyətində çox faydalı olur.

İş yerinə gəlincə, Lana özünü ciddi apardığını görə heç kimin onu məsxərəyə qoymadığını və ya rişxənd etmədiyini bildirib.

"Mən gülümsəmirəm”, - deyə Lana xətrinə dəyən istənilən şəxsə cavab verməyə qadir olduğunu bildirib.

"Azərbaycanda mənim yaşımda olan bütün xanımlar artıq çoxdan ərə gedib və uşaqları var.  Mən isə subayam, evlənmək istəyib-istəmədiyimi dəqiq bilmirəm. Həyat indiki zamandır və bu gün mən xoşbəxtəm”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol