• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzər dənizində hərbi gəmi batıb – VİDEO

Xəzər dənizində hərbi gəmi batıb – VİDEO
29.01.2018 14:49
Bazar günü - yanvarın 28-də Xəzər dənizinin cənub sahillərində, Bəndər Ənzəli limanı yaxınlığında İran hərbi dəniz donanmasına aid "Damavand” freqatı batıb.

Anews.az Newsru.co.il-ə istinadən xəbər verir ki, hərbi gəmi yanvarın 10-da ildırım vurmasından sonra ciddi zədələnib.

"Damavand” (əvvəlki adı "Vilayət”) freqatı rəsmi olaraq İran Hərbi Dəniz Qüvvələrində 9 mart 2015-ci ildə istismara verilib. Gəminin tonnajı 1500 ton təşkil edir, korpusunun uzunluğu 94 metrdir. 30 dəniz milinə qədər sürət yığan freqat qanadlı və zenit raketlərlə təchiz olunub və göyərtəsində helikopter olub.

Qeyd edək ki, yanvarın 10-da Xəzər dənizində leysan yağış və şimşəklə müşayiət olunan güclü fırtına olub. İran KİV-in yaydığı məlumata görə, fırtına zamanı altı ekipaj üzvü göyərtədən dənizə yıxılıb, onlardan yalnız dördünün həyatını xilas etmək mümkün olub.

Ehtimala görə, freqat ildırıma tuş gəldikdən sonra onun idarə olunmasında problemlər yaranıb və yüksək dalğalara çırpılan gəmiyə ciddi ziyan dəyib, bir müddət sonra isə gəmi batıb.

İran Hərbi Dəniz Donanmasının komandanlığı bu informasiyanı şərh etmir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol