• $
  • €
  • ₽
  • ₺
  • £

"WhatsApp"dan istifadəçilərini sevindirəcək İKİ MÖHTƏŞƏM YENİLİK

"WhatsApp"dan istifadəçilərini sevindirəcək İKİ MÖHTƏŞƏM YENİLİK
08.02.2018 21:46
WABetainfo tərəfindən kəşf edilən yeni "WhatsApp" xüsusiyyətləri çox maraqlıdır. Android istifadəçiləri tərəfindən kəşf edilən bu xüsusiyyətlər tezliklə hər kəsin istifadəsinə veriləcək.

Görüntülü qrup söhbətləri 

Bu yeniliklərin başında görüntülü qrup söhbətləri gəlir. Yaxında "WhatsApp"da "Skype"daki kimi görüntülü qrup video söhbətlər həyata keçirilə biləcək.

2.17.443 versiyası ilə gələcəyi gözlənilən bu yeni xüsusiyyət sayəsində ən çox dörd nəfər qrup söhbəti həyata keçirə biləcək. Bu xüsusiyyət zamanla inkişaf etdirilib, daha çox istifadəçinin eyni anda görüntülü söhbət etməsinə şərait yaradacaq.

Bu funksiyadan istifadə etmək isə olduqca sadə olacaq. İstifadəçilər video görüşməsinə başlayacaq və telefonun siyahısından istədiyi yoldaşlarını bu görüşə daxil edə biləcəklər. Təbii ki, qarşı tərəfin də icazəsi gözləniləcək.

Hərəkətli fotolar mağazasına hazır olun 

"WhatsApp"ın yeni variantında qarşımıza çıxacaq digər diqqətçəkən xüsusiyyət isə hərəkətli fotolar mağazasıdır. Klaviatura sahəsindən, alt tərəfdən keçid veriləcək bu yeni mağazada yoldaşlarınıza smaylik, ya da giflərdən fərqli olaraq, hərəkətli fotolar da göndərə biləcəksiniz.

Bundan başqa, hərəkətli fotolara nəzər salınmasına, yükləmənsinə, izləməsinə və silinməsinə də icazə veriləcək.

Bütün bu xüsusiyyətlərin nə vaxt platformaya əlavə olunacağı isə qəti olaraq bilinmir.

Bu məsələ tamamilə şirkətin təşəbbüsünə bağlıdır. 
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol