• $
  • €
  • ₽
  • ₺
  • £

Canıyev azadlığa necə çıxdı? - Qatil erməni imiş

Canıyev azadlığa necə çıxdı? - Qatil erməni imiş
23.02.2018 11:26
Türkiyə polisi ötən ilin dekabrın 22-də İstanbulda öldürülən Dato Pankiski ləqəbi ilə tanınan kriminal avtoritet David Alxanaşvilinin qatilinin izinə düşüb.

AzVision.az "Praym Kraym”-a istinadən xəbər verir ki, bu cinayətin icraçıları Ermənistan vətəndaşları olub. Alxanaşvilinin qətlinin təşkilatçısı kimi Şakro Molodoyun əmisi oğlu, "vor zakon” Dato Ozmanovun sifarişi əsasında kriminal aləmdə "Zap Leninakanski” kimi tanınan avtoritet Andranik Soqoyanın adı çəkilir. 

Alxanaşvilinin milliyətcə çeçen olması nəzərə alınaraq onun ölümündə eyni zamanda çeçenlərlə problemi olan azərbaycanlı kriminal avtoritet, "Lotu Quli" ləqəbli Nadir Səlifovun adı hallanır.

Lakin Qulinin Ozmonovdan fərqli olaraq Alxanaşvilini öldürməyə motivi olmayıb. Həmçinin beynəlxalq axtarışa verilsə də, özünü İstanbulda təhlükəsizlikdə hiss edən Quliyə bu qətli törətmək sərf etməzdi.

Qulinin ona sui-qəsd cəhdində ittiham olunan Rövşən Lənkəranskinin qardaşı, gömrük idarəsinin sabiq polkovniki Namiq Canıyev və kriminal avtoritet Hacı Beyləqanskinin əleyhinə ifadə vermədiyi və bu səbəbdən onların azadlığa buraxıldığı iddia edilir. Canıyev və adamları Qulinin qaldığı evi almaq istədiklərini söyləyərək, cinayətdən yaxa qurtarmağa çalışıblar.

Gözlənildiyi kimi, Canıyevin azad olunması ilə Qulinin aradan qaldırılması səyləri daha da artıb. Mənbənin sözlərinə görə, ötən həftə Ozmanovun köməyi ilə Zapla Rövşənin əmisi oğlu Zaur Əhmədov arasında görüş keçirilib. 

Qeyd edək ki, Rövşənin ölümündən sonra Zaur Lənkəranskinin biznesinin varisi olub və Qulidən intiqam almaq qərarına gəlib. İstisna olunmur ki, Pankiskinin qətlə yetirilməsi Zapaya Qulini öldürmək sifarişi almağa imkan verəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol