• $
  • €
  • ₽
  • ₺
  • £

Humanitar yardım müqabilində seks

Humanitar yardım müqabilində seks
28.02.2018 12:29
Beynəlxalq humanitar təşkilatların və BMT-nin fəaliyyəti növbəti qalmaqalın mərkəzinə çevrilib.

Söhbət bu dəfə Suriyada ərzaq payı və zəruri əşyaların verilməsi müqabilində qadınların cinsi istismara cəlb olunmasından gedir.

Anews.az xəbər verir ki, bu barədə "Euronews” məlumat yayıb.

"Suriyadan səslər” adlı hesabat BMT-nin Əhali fondu tərəfindən dərc olunub. Həmin hesabatda  belə sui-istifadə hallarının geniş vüsət aldığı bildirilir.

Qeyd olunur ki, istismar və zorakılıq qurbanına çevrilməmək üçün bir çox qadınlar humanitar yardımdan imtina edir.

BMT-nin Qaçqın Məsələləri üzrə Ali Komissarlığının rəsmisi Andrey Maxeçiç bu iddialara cavabında deyib:

"BMT-nin hərbi zonada vəziyyətə nəzarət etdiyi barədə gümanlar və bu gümanların əsasında bizim baş verənləri dayandırmaq iqtidarında olduğmuzu demələri kəskin silahlı münaqişə şəraitində humanitar əməliyyatlarla bağlı reallığı əks etdirmir”.

Hesabatda qeyd olunur ki, Suriyanın Dəra və Əl-Quneytrə bölgələrində respondentlərin təxminən 40 faizi humanitar yardımla bağlı cinsi istismarla üzləşdiklərini bildirir.

BMT Qaçqın Məsələləri üzrə Ali Komissarlığı məsələni araşdırmağa vəd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol