• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın İrana qarşı ərazi iddiaları

Ermənistanın İrana  qarşı ərazi iddiaları
07.03.2018 23:56
rmənistanın qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürməsi artıq əndazəsini aşıb.

Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İrana qarşı da ərazi iddiaları irəli sürmüşdü. Dünyada siyasi mənzərə dəyişdikcə Ermənistan da öz məkrli siyasətində dəyişiklik edir. Qonşularına qarşı irəli sürülən ərazi iddiaları bəzən qabardılır, bəzən isə arxa plana keçirilir.

Martın əvvəllərində İranın Neft Nazirliyi ilə Ermənistanın Energetika Nazirliyi arasında sənəd imzalandı. Sənədə əsasən İran Gürcüstana satacağı qazı Ermənistan üzərindən nəql etməlidir. Sənədin imzalanmasından bir az vaxt keçən kimi Ermənistan mətbuatı Urmiya gölünün qurumasının "qayğısına” qalaraq yazdı ki, bu göl Yaxın və Orta Şərqin duzlu suya malik olan ən böyük gölüdür. Sonra qeyd edildi ki, "Urmiya gölü Ermənistanın İran əyalətində yerləşir” (http://ru.1in.am/1160524.html).

Erməni mətbuatı yazır ki, qədim zamanlarda İranın bu əraziləri "böyük Ermənistana” məxsus idi. Ermənilərin hazırladıqları qondarma xəritədən də görünür ki, digər qonşu dövlətlər ilə yanaşı, İranın ərazisinin yarıdan çoxu, Urmiya gölü və ətraf ərazilər də daxil olmaqla Ermənistana aid edilir.

Qədim tarixdə İranın böyük ərazilərdə imperiya qurması məlumdur. Lakin "böyük Ermənistan”ın mövcudluğu tarixçilərə məlum deyil. Erməni mətbuatı açıq şəkildə rəsmi Yerevanın İrana qarşı ərazi iddiası olması faktını ortaya qoyur. Lakin Ermənistan bu iddianı özbaşına irəli sürmür. Regionda böyük qüvvələrin sifarişini yerinə yetirərək müstəqil xarici siyasət apara bilməyən Ermənistan bilir ki, İran sərhədləri tam bağlasa ölkədə aclıq başlayacaq. İranın gücü qarşısında Ermənistanın acizliyini isə sübut etməyə ehtiyac yoxdur. Lakin Ermənistanın düşdüyü iqtisadi məngənə onu ehtiyatlı davranmağa məcbur edir. İmkan yaranan kimi erməni siyasətçilər İrana qarşı ərazi iddialarını açıq şəkildə irəli sürəcək və kömək üçün arxalandıqlarına, daha doğrusu, onları buna sövq edənlərə müraciət edəcəklər.

Bəzi siyasi dairələr regionda Ermənistanı ona görə qoruyur ki, lazım gələndə onun vasitəsilə digər dövlətlərə təsir göstərib siyasətlərində dəyişikliyə nail ola bilsinlər.

Ermənistan mətbuatında İrana qarşı ərazi iddialarının irəli sürülməsi haqqında indiyədək çoxlu material dərc olunub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol