• $
  • €
  • ₽
  • ₺
  • £

Rövşənin qardaşını Quli azad etdirib - Sensasiya

Rövşənin qardaşını Quli azad etdirib - Sensasiya
09.03.2018 16:42
Ötən ilin noyabrında İstanbulda Quli Bakinski kimi tanınan qanuni oğru Nadir Səlifova sui-qəsdə günahlandırılaraq həbs edilən dəstə haqda yeni sensasion xəbər yayılıb.

Musavat.com-un məlumatına görə, dəstə üzvləri Qulinin "onların mənə sui-qəsdə əli ola bilməsi polisin uydurmasıdır” dedikdən sonra azadlığa buraxılıb.

Yada salaq ki, 22 illik həbsxana həyatından sonra Qaradağ rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılmış Nadir Səlifova qarşı sui-qəsd cəhdi noyabrın 2-də yayılıb. İddia olunurdu ki, həmin vaxt killerlər qrupu İstanbulda N. Səlifova qarşı hücum planlaşdırmağa cəhd ediblər. Keçirilən operativ əməliyyat nəticəsində qrup üzvləri İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM" ticarət mərkəzində saxlanılıblar.

Sui-qəsdə cəhdə görə həbs edilənlər sırasında Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev, eləcə də Hacı Beyləqanski ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı da olub.

Yanvar ayında isə gözlənilmədən Namiq Canıyev və digərləri İstanbul məhkəməsinin qərarı ilə azadlığa buraxılıblar.

Rusiya KİV-i yazır ki, Nadir Səlifov özünü bu işdə zərərçəkmiş hesab etmədikdən sonra həbs edilənlər azadlığa buraxılıblar. İddia olunur ki, Qulinin adamları sui-qəsdin maliyyəsini təşkil edən Lənkəranskinin yaxın qohumu (yeznəsi) Zaur Əhmədovla haqq-hesab çəkmək istəyir.

Məlumdur ki, Moskvada yerləşən "Fud Siti” adlanan böyük bazar Lənkəranskinin qohumlarının nəzarətindədir. Daha dəqiq desək, hazırda bazarı Zaur Əhmədov və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs idarə edir. Rusiya KİV-i iddia edir ki, "Fud Siti”dəki ofislərində məskunlaşan Zaur Qulidən ehtiyat etdiyi üçün xeyli müddətdir ki, çoxsaylı mühafizəçilərlə gəzir.

Rusiya mətbuatı iddia edir ki, Quli azərbaycanlı kriminal avtoritet Əli Heydərovla bağlı mövqeyində də dəyişiklik etməyib. Belə ki, Quli Ə.Heydərovu "qanuni oğru” kimi tanımır. Məlum olduğu kimi, Əli Heydərov (kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınır) 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi Qulinin adını hallanırdı.

Albert Rıjıy sxodka keçirdi və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb oldu. "Sxodka”da iştirak edən Aleksey Qudına (Lexa İrkutski) iddia edib ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb.

Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib.

Muzdlu qatillər hesab edilənlər isə bəraət alıb. Quli isə bu məsələnin üstündən keçmir və Rusiya mətbuatı iddia edir ki, "qanuni oğru” mövqeyini Albert Rıjıy ilə üzbəüz söhbət edənədək dəyişməyəcəyini bildirib.

Albert Rıjıy kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. Ə.Heydərov qanuni oğru adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən alıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol