• $
  • €
  • ₽
  • ₺
  • £

Yahudi həkim: Uşağa peyvənd vurdurmayın

Yahudi həkim: Uşağa peyvənd vurdurmayın
13.03.2018 16:14
Övladınızın gələcəyi naminə bir hiylə işlədə bilərsiniz. İlk peyvənddən sonra klinikaya gedib, uşağınızın qıcolma keçirdiyini, uzun müddət hərarətinin düşmədiyini söyləyir, şikayət edirsiniz. Sizə xüsusi sənəd verilir ki, uşağınıza vaksin vurmaq təhlükəlidir. Bu sənəd əlinizdə olandan sonra heç bir təhsil müəssisəsinın övladınızı qəbul etməmək şansı yoxdur. Bununla peyvəndlərdən canınızı qurtarırsınız.

Axar.az xəbər verir ki, bu sözləri İsrailin Zehni və psixofiziki inkişaf pozğunluğu olan uşaqların müalicəsi və bərpası Mərkəzinin rəhbəri, həkim Lev Levit Publika.az saytına verdiyi geniş müsahibədə bildirib.

Yahudi həkimin sözlərinə görə, uşaqlara peyvənd vurdurmağın heç bir faydası və köməyi yoxdur:

"Körpə doğulan kimi ona Hepatit B-yə qarşı vaksin vurulur ki, heç vaxt bu virusa yaxalanmasın. Hepatit B isə bir insandan digərinə qanla ötürülür. Əgər uşaq müəyyən qan xəstəliyindən əziyyət çəkirsə, yaxud ard-arda müxtəlif cərrahiyə əməliyyatları keçirirsə, ona qan köçürüləcək. O halda mən razıyam, bu vaksin edilməlidir. Yox, bu problemlər yoxdursa, uşağın hepatit B-yə yaxalanmaq ehtimalı sıfıra bərabərdirsə, bunu etməyin mənası varmı? Hepatit də QİÇS kimi ötürülür. Fikir verin, QİÇS-ə qarşı peyvənd yoxdur axı. İndi sizdən soruşuram, bu peyvəndi edib, uşağı riskə atmağın mənası var? Ömürlük immunitet mövcud olmadığına görə bu peyvəndi bir aydan sonra yenidən və yenidən vurdurmaq lazımdır. Yaş yarımına qədər uşağa üç, beş valentli vaksinlər də daxil olmaqla, 30-a yaxın peyvənd vurulur. Nəticədə görürük ki, uşaq vurulan peyvəndə qəribə, bəzən də sərt reaksiyalar verir, öskürək, qızdırma, qıcolma ilə müşaiyət olunan bu durum bir sıra patologiyalara yol açır. Birdən-birə valideyn fərqinə varır ki, uşağın inkişafı geriləyir, aqressivləşir, danışanda gözümüzə baxmır, başını divara çırpır və s. Valideyn də tapa bilmir ki, səbəb nə ola bilər. Bəlkə vurdurduğunuz peyvəndlərdir? Heç düşünmüsünüz bu haqda? Pediatr isə sakitləşdirir, bir az da səbir edin, gözləyin, hər şey qaydasına düşəcək. Vəziyyət isə pisə doğru dəyişir”.

Həkim bildirib ki, sənəd imzalamaqla məsuliyyəti öz üzərinizə götürün:

"Qoyun, övladınız qızılca, suçiçəyi keçirsin. Axı bu xəstəliklər serebral iflicdən, autizmdən daha asan müalicə olunur”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol