• $
  • €
  • ₽
  • ₺
  • £

Quliyə ölüm hökmü tələbi və atasının generaldan xahişi...

Quliyə ölüm hökmü tələbi və atasının generaldan xahişi...
23.03.2018 11:07
Uzun çəkən məhkəmə prosesinin sonunda prokuror Qulinin və onun dəstəsindəki şəxslərin törətdikləri cinayətlərə dair dövlət ittihamnaməsi oxuyub və məhkəmə heyətindən Quliyə ölüm hökmü çıxarmasını tələb edib. 

O zamanlar ölüm hökmləri icra edilməsə də, qüvvədə idi. Məhkəmələr ağır cinayətlər törədənlərə bu cəza növünü təyin edirdilər. Ölüm hökmü altında yatanlar Bayıldakı "ölüm korpusu”nda saxlanırdılar. Ənənəvi olaraq vəkillər müdafiə üçün vaxt istəyirlər, məhkəmə yekun qərar çıxarmaq üçün növbəti həftəyə təyin edilir. 

Qulinin atası Nəriman Səlifov oğlunun güllələnmə cəzasından qurtulması üçün yollar, vasitəçilər axtarır. O, əvvəlcə hökümət dairələrində ciddi nüfuzu olan bir generalla görüşür, ondan oğlunun barəsində güllələnmə hökmünün çıxarılmaması üçün təsir göstərməyi xahiş edir. General (o, hələ də mühüm vəzifə daşıyır) deyir ki, Nəriman kişi, mənə desəydin ki, oğlunu hansısa rayona icra başçısı, ya da başqa vəzifəyə qoydurum, ona gücüm çatardı, amma sənin oğlun respublikada 1 nömrəli qatı cinayətkardır. Mən onun hökmünün dəyişdirilməsinə kömək edə bilmərəm. 

Sonradan Nəriman kişi yaxınlarına danışırmış ki, generalın yanından çıxandan sonra qan təzyiqi qalxıb və hiss edib ki, artıq gözü yolu görmür. O, başını oturduğu maşının sükanına vurub, oğlunun əldən getdiyini, özünün heç nə edə bilmədiyini ağrı ilə düşünüb. Ancaq qərara gəlib ki, pəs etməsin, yenə də səlahiyyətli, güclü adamlara çıxış yolu axtarsın. 

Ertəsi gün Nəriman Səlifov hansı dairələrə gedib çıxıbsa, məhkəmədə Quliyə güllələnmə hökmü verilmir. Hakim Quliyə 15 il həbs cəzası kəsir. Beləliklə, Qulinin 23 il çəkən məhbəs həyatı başlayır.

///anaxeber.az

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol