• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur astronavtlar yadplanetlilərdən danışdılar

Məşhur astronavtlar yadplanetlilərdən danışdılar
25.03.2018 20:31
NASA-nın yüksək vəzifəli astronavtları ABŞ-ın Nyu-York şəhərində qatıldıqları bir konfransda hamının bilmək istədiyi "Yadplanetlilər varmı?" sualını cavablayıblar.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, məşhur amerikalı kinorejissor Darren Aronofskinin "One Strange Rock" layihəsi üçün bir araya gələn astronavtlar kainatın düşündüyümüzdən də böyük olduğunu və yadplanetlilərlə qarşılaşma ehtimalları barədə danışıblar.

Kosmosda 4000 saat vaxt keçirən kanadalı astronavt Kris Hedfild artıq hər ulduzun bir planeti olduğunu sübuta yetirdiklərini deyib: "İndi hesablamaq sizə qalıb. Əgər Marsda canlı nümunəsi tapa biliriksə və ya okeanın dərinliklərində bir qurd varsa, deməli kainatda həyat var. Yaşayış izi tapmaq çox asandır, amma çətin olan ağıllı bir üsul tapmaqdır. Kainatda 1 septilyion (1.000.000.000.000.000.000.000.000) ulduz var. Həmçinin bu rəqəm də təxminidir. Ulduz sayı bundan da çox ola bilər. Əgər hər ulduzun bir ədəd planeti varsa, kosmosda ağıllı yaşam formaları tapıla biləcəyini rahatlıqla söyləyə bilərik", - deyə o, bildirib.

Keçmiş bir astronavt Ceff Hofman da kosmosda yalnız olmadığımızı söyləyib: "Bir elm adamı olaraq mən sübutlara baxaram. Hələlik bununla bağlı bir dəlil yoxdur, amma kainatda yalnız olmadığımıza inanıram".

"National Geographic" kanalı üçün hazırlanan sənədli filmdə danışan qadın astronavt Mae Cemison isə sübut tapmaq üçün düşünməli olduğumuzu diqqətə çatdırıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol