• $
  • €
  • ₽
  • ₺
  • £

Güllələnən Rahim "Şəkinski" ilə müsahibə - VİDEO

Güllələnən Rahim "Şəkinski" ilə müsahibə - VİDEO
05.04.2018 13:52
Fransada yaşayan və 6 gün əvvəl naməlum şəxs tərəfindən güllələnən azərbaycanlı Rahim Namazov (Şəkinski) barəsində yayılan xəbərlərdən sonra GoldNews.Az redaksiyası ilə əlaqə saxlayaraq barəsində yayılan xəbərlərə münasibət bildirib:

Həmin müsahibəni təqdim edirik:

- Rahim bəy, bu gün avtomobilinizin güllə-boran edildiyinin görüntüləri yayıldı. Bu görüntüləri mətbuata kim ötürüb?

- Bu video mənim və həyat yoldaşımın güllələndiyi hadisənin videosu deyil, başqa bir görüntünü bizimki kimi təqdim edirlər. Çünki mənim avtomobilimin markası "Jaquar"dır, bu videoda isə atəş açılan maşın "Mercedes"dir. Yəni tamam başqa videodur.

- Ümumiyyətlə, hadisə barədə nə deyə bilərsiniz? 

- Mən heç bir "qanuni oğru"nu söyməmişəm, təhqir etməmişəm. Mənim səsimi montaj edərək belə videolar yayıblar, yəni mənim heç bir günahım, heç kimlə də problemim yoxdur.

- Səhhətiniz necədir?

- Bədənimdə 4 güllə yarası var, canımla əlləşirəm. Bununla yanaşı, həyat yoldaşımın meyitini Azərbaycana yola salmağa çalışıram. Bir tərəfdən də belə xəbərlər, videolar.

- Bundan sonra hansi addımları atmağı düşünürsünüz?

- Azərbaycan mətbuatında barəmdə yazan saytları məhkəməyə verəcəyəm, hazırda vəkilim dəlilləri toplayır, əlində kifayət qədər materiallar var. Özü də Avropa Məhkəməsinə müraciət edəcəyəm. Mənim barəmdə bəziləri qərəzli mövqelər sərgiləyirlər. Belə görünür ki, böyük bir müsahibə verməli olacağam. Yazmasınlar mənim barəmdə, acıma hörmət eləsinlər.

- Başqa demək istədiyiniz nə isə varmı?

- Hələlik bu qədər kifayətdir. Barəmdə yazılanları silsinlər yetər.

Qeyd edək ki, bu ilin mart ayının 30-da Fransanın Tuluza şəhərində yaşayan Rahim Namazov (ləqəbi "Şəkinski”) və həyat yoldaşının olduğu avtomobil naməlum şəxslər tərəfindən atəşə tutulub. Rahim Namazovun ümumilikdə, maşına 7 dəfə atəş açılıb. Aldığı güllə yaralarından həyat yoldaşı dünyasını dəyişib.

Rahim Şəkinskinin avtomobilinin görüntüləri olduğu iddia edilən həmin video:

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol