• $
  • €
  • ₽
  • ₺
  • £

Lotu Qulinin tərəfdaşı Türkiyədə öldürüldü

Lotu Qulinin tərəfdaşı Türkiyədə öldürüldü
09.04.2018 11:35
Dünən gecə saatlarında Türkiyədə 60 yaşlı qanuni oğru, kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadze öldürülüb, yanında olan 27 yaşlı övladı isə ayağından yaralanıb.

Yenicag.az xəbər verir ki, hadisə Antalyanın Kəmər rayonunda kriminal avtoritetin evinə bir neçə metr məsafədə baş verib. Belə ki, maskalı 2 killer kriminal mühitdə Giya Kutaiski ləqəbi ilə tanınan Qayoz Zviadadzeyə və oğluna tapança ilə 6 dəfə atəş açaraq hadisə yerindən qaça biliblər. Atəş nəticəsində Giya Kutaiski başından vurulduğu üçün yerindəcə keçinib, oğluna isə ayağından atəş açılıb və o, sağ qalıb.

Məlumat üçün bildirək ki, qətlə yetirilən Giya Kutaiski azərbaycanlı nüfuzlu kriminal avtoritet Lotu Quli ləqəbli Nadir Səlifovun yaxın adamı idi. Yanvarın sonunda Qulinin istanbul iqamətgahında təşkil edilən oğru yığıncağını (sxodka) da məhz Giya Kutaiski idarə edib.

İlkin versiyaya görə, Zviadadzenin qətli onun digər qanuni oğru Nodar Rustavski kimi tanınan Nodar Asoyanla olan münaqişəsinin nəticəsidir. Onlar Rostov vilayətinə nəzarət uğrunda savaşırdılar.

Giya Zviadadze kriminal aləmin "köhnə məktəb”inin şagirdi hesab edilirdi. Oğru ənənələrinin ciddi tərəfdarı və öz nəsilinin ən parlaq nümayəndələrindən biri idi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol