• $
  • €
  • ₽
  • ₺
  • £

Ekspert: Dünyanın taleyini bu raketləri həll edəcək

Ekspert: Dünyanın taleyini bu raketləri həll edəcək
14.04.2018 18:00
Suriyanın Duma şəhərində baş verən hələ təsdiqini tapmamış kimyəvi hücuma cavab olaraq Tramp administrasiyası, çox düşünüb-daşınmadan, Suriyanın bombalanması əmrini verib. Suriyanın hərbi və mülki obyektlərinə "Tomohavk” raketləri ilə zərbələr endirilib.

Bu raketlərin buraxılması ABŞ-ın "topçu diplomatiyasının” başa çatdığını və "Tomohavk diplomatiyasının” başladığını göstərir.

Bu barədə Oxu.Az-a "Baku Network” ekspert şurasının rəhbəri, fəlsəfə elmləri doktoru Elxan Ələsgərov danışıb.

Azərbaycanlı ekspertin sözlərinə görə, bu raketlərdən ("Tomohavklar”-red.) amerikalılar demək olar ki, iştirak etdikləri bütün münaqişələrdə istifadə edib.

"Fəratın bir sahilinə dislokasiya olunmuş xüsusi təyinatlılara cavab olaraq, həmin istiqamətə raketlər yönəlib. "Tomohavk”dan istifadə hər zaman effektiv olub. Görünən odur ki, Tramp administrasiyası, Suriya münaqişəsində Rusiyaya siyasi təsir resursunun tükəndiyini gördüyündən, vəziyyəti tam öz nəzarətinə götürməyə qərar verib.

Rusiya, İran və Ankaranın "Biz terrorçulara qalib gəldik və "İslam dövlətinin" yaranmasına imkan vermədik” kimi qələbə bəyanatlarına Vaşinqtondan "Yox, bir qədər aralaşın, bunu Mən edəcəm” cavabı gəldi”, - deyə fəlsəfə elmləri doktoru bildirib.

Ələsgərov əmindir ki, bu eyni zamanda Tehran və Ankaraya bir ismarıcdır. O Tehran və Ankara ki, Vaşinqtonla qaynar münaqişəyə cəlb olunma təhlükəsi ilə üzləşib.

"Çox güman ki, Əsədin mövqelərinə hücum etməklə, Vaşinqton təkcə NATO-dakı müttəqifləri Fransa və Böyük Britaniyanın deyil, eyni zamanda ərəb ölkələrinin – Səudiyyə Ərəbstanı, İordaniya, və əlbəttə ki, İsrailin qabaqcadan dəstəyini qazanıb.”, -deyə o, bildirib.

Saytın həmsöhbəti bildirib ki, "Tomohavkların” buraxılması hələ başlanğıcdır,  bundan sonra Suriya ətrafı bazalara dislokasiya olunmuş çoxsaylı bombardmançı aviasiyanın hava reydləri gözləniləndir.

Görünür kimlərsə Suriyanı yaşayış üçün əlverişsiz səhraya çevirmək prosesini sürətləndirmək qərarına gəlib. Tramp artıq öz əzələləri göstərdi; opponentlərinə təsir vasitəsi olan arsenalında təkcə sanksiya siyahısı deyil, qanadlı raketlərin də olduğunu nümayiş etdirdi.

İndiki halda çox şey Rusiyanın Suriya üçün yaratdığı HHM sisteminin effektivliyindən asılıdır. Son zamanlar ora orta radiuslu təsir gücünə malik olan 40-a yaxın "Pansir” HHM sistemi kompleksləri göndərilib.

HHM güclü əks-təsir göstərə bilsə, bu ABŞ-ın "isti başını” bir qədər sakitləşdirə bilər.  Situasiya "Tomohavk” raketlərinin düşmə dəqiqliyindən və zərərsizləşdirilmiş raketlərin sayından asılı olaraq dəyişə bilər”,- deyə ekspert bildirib.

Ələskərov əlavə edib ki, "Tomohavklar” hər hansı Rusiya obyektinə və ya Suriyadakı bazasına tuş gəl gəlsə, vəziyyət tam nəzarətdən çıxa bilər.

"Bu gün Rusiyanın hava kosmik qüvvələri  ABŞ-ın Aralıq dənizindəki aviadaşıyıcı qrupunu və ya Vaşinqtonun Suriya və İordaniyadakı hər hansı strukturunu məhv etməyə imkan verən daha müasir gəmi əleyhinə qanadlı raketlərə malikdir.

"Gəmi əleyhinə  raket silahlarının hazırlanmasına Rusiya böyük resurslar sərf edib. Bunun sayəsində bu gün Rusiyanın arsenalında "Qranit”, "Malaxit”, "Moskit” və "Oniks” kimi RHM silahları var. Hal-hazırda dünyanın taleyi bu iki raketin , "Tomohavk” və "Pansirin” əlindədir, bəşəriyyətin gələcəyi bu iki raketdən hansının qalib gələcəyindən asılı olacaq...”,-deyə Ələsgərov vurğulayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol