• $
  • €
  • ₽
  • ₺
  • £

"Lənkəranski"nin yaxın adamı buna görə həbs edildi - VİDEO

"Lənkəranski"nin yaxın adamı buna görə həbs edildi - VİDEO
20.04.2018 10:33
Moskva regionuna tərəvəzin, meyvələrin və göyərtinin təchizatı üzrə ən iri "kölgə” oyunçularından biri, kriminal aləmdə "Pokrovka Məhərrəm” kimi tanınan Məhərrəm Həsənov azadlıqda bir həftədən az olub.

"Qanuni oğru” Rövşən Lənkəranskinin klanının nümayəndəsini ev dustaqlığında qalma qaydalarını pozduğu üçün təkrar həbs ediblər.

Xatırladaq ki, aprelin əvvəlində Həsənov dələduzluqda ittiham olunaraq saxlanılmışdı. Sonradan məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarmışdı. Lakin azadlığa çıxan kimi Həsənov elə həmin axşam bu hadisənin şərəfinə restoranda ziyafət təşkil edib. Dostlarını başına yığaraq, dəstəyə görə təşəkkürünü bildirib və heç ağlına da gətirməyib ki, restoranda aparılan videoşəkiliş onu yenidən barmaqlıqlar arxasına aparacaq. Bu azmış kimi, o, İstintaq Komitəsindən gələn çağöırış vərəqələrinə də reaksiya verməyib.

Rusiyanın paytaxtında Azərbaycanın bu yetirməsi müxtəlif meyvə-tərəvəz bazalarında "briqadir” olub, oraya gələn yük maşınlarından və ticarətçilərdən "xərac” alıb. Ona tabe olmayanları isə başlarına gələcək problemlərlə təhdid edib. Bu cür fəaliyyət "Pokrovka Məhərrəm”ə 200 milyon rubl gəlir gətirib. İstisna deyil ki, irəli sürülmüş ittihamlara başqaları da əlavə olunacaq – xəfiyyələrin versiyasına görə, Həsənov sanksiyaların təsiri altında olan ərzağın qeyri-qanuni təchizatı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəyə başçılıq edib. Qruplaşmanın digər üzvləri hazırda axtarışdadır.

Əvvəllər bildirildiyi kimi, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında "nəzarətçi” (смотрящий) olub və "qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.
 
///Virtualaz.org

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Dünya 23:49
BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol