• $
  • €
  • ₽
  • ₺
  • £

“Quli”yə qarşı müharibə hazırlığı - VIDEO

“Quli”yə qarşı müharibə hazırlığı - VIDEO
20.04.2018 15:17
Kriminal aləmdə Hacı Beyləqanski kimi tanınan "qanuni oğru” Hacıbaba Talıbxanlı Moskvaya köçüb.

GoldNews.az xəbər verir ki, 2016-cı ildə İstanbulda öldürülən Rövşən Lənkəranskinin ən yaxın silahdaşı hesab edilən Hacı Beyləqanski uzun müddətdir İstanbulda istintaq altında idi. 2013-cü ildə "Qoca” ləqəbli "qanuni oğru” Əlibaba Həmidovun qətlində, daha sonra "Lotu Quli”yə sui-qəsd cəhdində məhz onun adı hallanırdı.

Lakin hər iki iş üzrə Hacı bəraət qazana bilmişdi. Bundan sonra o, İstanbuldan Rusiyanın paytaxtına gəlib.

"Beyləqanski”nin Moskvaya gəlişinin ən böyük səbəbinin "Lotu Quli”yə qarşı müharibəyə hazırlıqla bağlı olduğu güman edilir.

Bunun üçün Hacıya Rövşən Lənkəranskinin yaxın qohumu, kriminal aləmdə "Dayıoğlu Zaur” kimi tanınan Zaur Əhmədov hər cür maliyyə dəstəyi verir. Ona yaşayış üçün dəbdəbəli "Penthouse” ayrılıb. Hacını Moskvada iki zirehli avtomobil gəzdirir və çoxsaylı mühafizəçilər qoruyur.

Hacı Beyləqanskinin yanında hazırda "Lotu Quli” ilə düşmən olan Rafiq Masallinski və Ceyhun Gəncinski də var. Hətta hazırda həbsxanada olan "Albert Rijiy” kimi tanınan Əli Heydərov da Hacıbaba Talıbxanlıya dəstək verir.

Gözlənilən odur ki, yaxın zamanda "Lotu Quli”yə qarşı müxalifətdə olan bütün kriminallar bu dəstəyə qoşulacaq.

Qeyd edək ki, Hacı Beylaqanski 1982-ci il martın 29-da Beyləqan rayonun Talıbxanalı kəndində anadan olub. 2000-ci illərin əvvəllərində Moskvaya gedib və ilk cinayətini də Rusiya paytaxtında törədib. Elə Moskvada Rövşən Lənkəranskiylə tanış olub. Rövşən Moskvanı tərk edib Birləşmiş Ərəb Əmirliklərinə köçəndən sonra o da bu ölkəyə gedib. Bir müddət Dubayda yaşayıb. 2012-ci il dekabrın 10-da Dubayda "qanuni oğru” adını alıb və bundan sonra Hacı Beyləqanski kimi tanınıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Иране в ДТП с автобусом погибли пять человек, еще 17 пострадали
Dünya 23:54
В Иране в ДТП с автобусом погибли пять человек, еще 17 пострадали
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol