• $
  • €
  • ₽
  • ₺
  • £

Diaspor sədri: "Qızımı erməniyə ərə verdiyinə görə heç də peşiman deyiləm"

Diaspor sədri: "Qızımı erməniyə ərə verdiyinə görə heç də peşiman deyiləm"
07.05.2018 10:53
Bir neçə gündür sosial şəbəkələrin gündəmini Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun qızını erməni biznesmenə ərə verməsi xəbəri zəbt edib.

Anews.az xəbər verir ki, Real TV məsələnin nə dərəcədə doğru olub-olmadığını öyrənmək üçün Ağadadaş Kərimovla əlaqə saxlayıb.

Diaspor sədri açıqlamasında qeyd edib ki, yayılan xəbərlər doğrudur və özü qızını erməni milliyətindən olan şəxsə ərə verdiyinə görə heç də peşiman deyil:

"Qızımın erməni oğlanla ailə həyatı qurmağı doğrudur. Bunu bütün dost-tanışlar illərdir ki, bilirlər. Bu normal hadisədir. Həyat yoldaşım da milliyətcə ermənidir. Oğlanın atası, babası Gürcüstandan gələn ermənilərdir. Oğlan burada anadan olub. Erməni dilində danışa da bilmir. KVN-də iştirak edib, qızım da ora gedib-gəlirdi. Orada tanış olublar”, - deyə Ağadadaş Kərimov bildirib.

O deyir ki, 35 ildən çoxdur ki, Rusiyada yaşayır. Övladları da burada anadan olub, böyüyüb. Lakin, tez-tez Azərbaycana gedirlər.

Qeyd edək ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızını erməni biznesmenə ərə verib. Toydan fotolar sosial şəbəkələrdə yayılıb.

Saytlar toyun Moskvada yerləşən erməni iş adamına məxsus restoranların birində baş tutduğunu desə də, Ağadadaş Kərimov bunu inkar edir. Deyir ki, toy mərasimi azərbaycanlıya məxsus şadlıq sarayında baş tutub, Azərbaycan rəqsləri, mahnıları ifa olunub.

Toy mərasimində azərbaycanlılarla yanaşı ermənilər də iştirak edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
В Иране в ДТП с автобусом погибли пять человек, еще 17 пострадали
Dünya 23:54
В Иране в ДТП с автобусом погибли пять человек, еще 17 пострадали
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol