• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyanın bu şəhərlərində kabab qadağan olundu

Rusiyanın bu şəhərlərində kabab qadağan olundu
10.05.2018 13:15
Rusiyada futbol üzrə 2018-ci il dünya çempionatının keçiriləcəyi şəhərlərdə yanğın əleyhinə xüsusi rejim tətbiq olunacaq.

Report-un məlumatına görə, belə tövsiyəni regionlara Fövqəladə Halların Ləğvi üzrə Dövlət Komissiyası verib. Çempionat oyunlarının keçiriləcəyi şəhərlərin ərazisində bütün kateqoriyalı torpaqlarda ocaq qalanması, habelə quru otun yandırılması qadağan ediləcək. Meşə yanğını vəziyyəti mürəkkəbləşsə, vətəndaşlara meşələrə giriş qadağan oluna bilər.

Yanğın əleyhinə xüsusi rejim regional və bələdiyyə hakimiyyətlərinin təsdiqlədiyi əlavə təhlükəsizlik tələblərini nəzərdə tutur. Qadağa, əsasən, adi tonqallarların yandırılmasından əlavə, manqallardan istifadəyə də aiddir.

Belə rejimin pozulması qarşılığında yüksək cərimələr də nəzərdə tutulub. Bu, vətəndaşlar üçün 2 min rubldan 4-5 min rubladək, vəzifəli şəxslər üçün 15 min rubldan 30-40 min rubladək, hüquqi şəxslər üçün 200 min rubldan 400-500 min rubladəkdir.

Qeyd edək ki, dünya çempionatının oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol