• $
  • €
  • ₽
  • ₺
  • £

Quranın qanunları ilə yaşayan ölkə - Nəticə

Quranın qanunları ilə yaşayan ölkə - Nəticə
19.06.2018 09:45
Bizim ölkəmiz də daxil, əhalisinin böyük əksəriyyəti müsəlman olan bir çox ölkədə müqəddəs Ramazan bayramı qeyd edildi.

Sözü çox uzatmadan deyim ki, çox qəribə bir məsələ var. Məsələ o ki, dünyada Allahın müqəddəs kitabı Qurani-Kərim əxlaqına tabe olan, islam mədəniyyətinə uyğun yaşayan ölkələrin ən birincisi İrlandiyadır. Yox, əsla təəccüblənməyin əsla, indi İrlandiyanın nömrə bir olmasının səbəbini yazım, siz də ona görə heyrətlənməyə davam edin...

2016-cı ildə Corc Vaşinqton Universitetində bir müsəlman professor iki köməkçisi ilə birlikdə araşdırma aparıb. Onlar araşdırma zamanı Qurani-Kərimdən ən mühüm əxlaqi dəyərlərin formalaşmasına xidmət edən ayələri seçib, dünya millətlərini bu ən vacib dəyərlərə görə müqayisə ediblər.

Həmin dəyərlər bunlardır:

1. Ədalət
2. Sədaqət
3. İftira atmamaq
4. Yalan danışmamaq
5. Vədindən dönməmək
6. Vicdanlı və məsuliyyətli olmaq
7. Haqsızlıq etməmək.

Bütün əxlaqi dəyərləri nəzərə alaraq, dünya millətlərini rəsmi və qeyri-rəsmi statistikaya görə qiymətləndiriblər. Araşdırmanın nəticələrinə görə, Allahın ən mühüm insani əxlaq hesab etdiyi dəyərlərlə yaşayan bir nömrəli islam ölkəsi İrlandiyadır. İkinci sırada Yeni Zellandiya, üçüncü sırada Finlandiya, ardınca İsveç, Norveç, Danimarka, Kanada və s. gəlir.

Maraqlısı budur ki, bu sıralamada yer alan ilk islam ölkəsi 39-cu sırada yerləşən Malaziyadır.

Təsəvvür edirsinizmi, ilk sırada Ərəbistan deyil, Türkiyə deyil, şəriət ölkəsi İran deyil, məhz İrlandiya. Çox qəribə haldır...

Əslində, bu, məni o qədər də heyrətləndirmədi. Niyəsini deyim: ən azı ona görə ki, mənim Allahı sevməyimin ilk səbəbi ateist iş yoldaşım olmuşdu. Ondan soruşsan, Allah anlayışını qəbul etmir, amma mən elə məhz onun əxlaqında tapmışdım Allahı.

O adamın yalan danışdığını, kiməsə şər atdığını görməmişəm. Onun bütün insani keyfiyyətləri məni heyrətləndirirdi...

Bəzən onu ilk dəfə görənlər elə bilirdilər, namaz əhlidir. Sual verəndə ki, niyə belə düşünürsünüz, deyirdilər, üzündə nur var. Bəli, üzü o qədər nurlu idi ki...

O, əslində, inkar etməsi ilə Allahın varlığını həm də təsdiq etmiş olurdu. Necə ki, Hz.Məhəmmədə peyğəmbərlik verildikdən sonra "Lə İlahə İllallah” dedi. Bu söz bütün allahları inkar etmək və gərçək Allaha üz tutmaq deməkdir: "Yoxdur allah, Allahdan başqa”.

Və sonda, Quranın Nisa surəsinin 136-cı ayəsindəki bu müraciəti xatırlatmaq yerinə düşəcək: "Ey iman edənlər, iman edin!”

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Dünya 22:23
Rusiyanın Murmansk vilayətinin qubernatoru Moskvada saxlanılıb
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol