• $
  • €
  • ₽
  • ₺
  • £

Telman İsmayılovun qardaşı oğlu saxlanıldı

Telman İsmayılovun qardaşı oğlu saxlanıldı
18.09.2018 11:00
Rusiya Istintaq Komitəsi iş adamı Telman İsmayılovu müğənni Avraam Russonun oğurlanmasında şübhəli bilir.

Rusiya KİV-i xəbər verir ki, işlə bağlı "Praqa" restoranını keçmiş baş direktoru da həbs edilib.

Sentybarın 17-də Avraam Russo polisə ərizə ilə müracoət edərək 2004-cü ildə Moskvanın mərkəzində oğurlanması barədə şikayət etmişdi. Müraciətin daxil olmasından saat yarım sonra "Praqa" restoranını keçmiş baş direktoru və Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov saxlanılıb.

Rəsmi versiyaya görə, Telam İsmayılov Avraam Russonun konsert fəaliyyətini maliyyələşdirib. Lakin sonradan onlar arasında münaqişə olub. 2004-cü il yanvarın 31-də Telman İsmayılov müğənnini "Praqa" restoranına dəvət edib və restoranda Russonu qardaşı oğlu Zaur və daha 5 şəxslə birlikdə döyüb. Ondan tələb olunub ki, İsmayılovla bağladığı müqaviləni ləğv etsin və daha konsert verməsin.

Bundan sonra zorla Aprelevka qəsəbəsindəki malikanədə girov saxlanılan müğənni bütün tələbləri qəbul etdikdən sonra azadlığa buraxılmışdı.

Telman İsmayılovun vəkili Mariya Rusakova isə hadisədən 14 il sonra qəfil cinayət işinin açılmasını və müğənninin yalnız indi şikayət etməsini absurd adlandırıb.

Xatırladaq ki, Telman İsmayılov 2017-ci ilin dekabrından İnterpol xətti ilə beynəlxalq axtarışdadır. O, 2 iş ortağının qətlini sifariş verməkdə ittiham olunur. 

(modern.az)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol