• $
  • €
  • ₽
  • ₺
  • £

"Lotu Quli"dən ismarıc: "Onu diri-diri yandıracam" - SƏS YAZISI

"Lotu Quli"dən ismarıc: "Onu diri-diri yandıracam" - SƏS YAZISI
25.09.2018 15:16
Çeçen əsilli kriminal avtoritet, "Şeyx Xəmzət” ləqəbi ilə tanınan Xəmzət Qastəmirova qarşı daha bir sui-qəsd planı baş tuta bilər.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı sensasion səs yazıları yayılıb.

İddia olunur ki, Qastəmirovun qətlində maraqlı olan şəxs onun bir nömrəli düşməni, "Lotu Quli” ləqəbi ilə tanınan "qanuni oğru” Nadir Səlifovdur.

Səs yazılarından belə başa düşülür ki, Səlifov Qastəmirovu sağ ələ keçirib, onu diri-diri yandırmaq niyyətindədir. Görünür, "Lotu Quli”nin amansız arzusu Qastəmirova qarşı olan nifrətindən irəli gəlir.

Qeyd edək ki, indiyədək "Şeyx Xəmzət”ə qarşı 4 dəfə sui-qəsdə cəhd edilib. Ancaq ardıcıl olaraq Berlin, Amsterdam, Qroznı şəhərlərində təşkil olunan sui-qəsdlər uğursuz alınıb. Qastəmirova qarşı sonuncu sui-qəsd planı isə cari ilin avqustunda təşkil olunub. Lakin "Şeyx Xəmzət” Rusiyanın Pyatiqorsk şəhərində təşkil olunan sui-qəsddən də sağ qurtulmağı bacarıb.

Onu da xatırladaq ki, "Şeyx Xəmzət” 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur. Lənkəranskinin vəfatından sonra bütün diqqətlər Qastəmirovun üzərinə yönəlib. Elə buna görə də mütəmadi olaraq "Şeyx Xəmzət”in aradan götürülməsi ilə bağlı planlar cızılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
Dünya 19:04
Macarıstan Baş naziri Ukraynaya səfər edəcək
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Dünya 18:08
“Nvidia” Censen Huanqı prezident və baş direktor vəzifəsinə qaytarıb
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Dünya 16:59
Almaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərildi
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol