• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD lideri ilə bağlı gözdən qaçan faktlar - FOTOLAR

İŞİD lideri ilə bağlı gözdən qaçan faktlar - FOTOLAR
29.10.2014 16:03
Son aylar dünyanın gündəmi Suriya və İraqda terror dalğası əsdirən İŞİD-dir. Bu terror təşkilatının lideri haqqında ağlasığmaz iddialar dolaşmaqdadır. Ardıcıllarının çox sevdiyi bu şəxs ictimaiyyət önündə çox da görünmür. İŞİD-in xəlifə elan etdiyi Əbu Bəkr Bağdadı haqqında gözdən qaçan detalları təqdim edirik. 
1. Tam adı: İbrahim bin Avad bin İbrahim el Bedri el Radavi el Hüseyni el Samarrai. Qısaca Əbu Bəkir Bağdadi olaraq tanınır. Ayrıca onu "Əbu Dua" olarak da çağırırlar.
2. Bağdadinin 2 köhnə fotosu və 5 iyul 2014-cü ildə yayımlanan video görüntüsündən başqa heç bir görüntü indiyə qədər ortaya çıxmayıb.
3. Onun 1971-ci ildə Bağdadın 125 km şimalında yerləşən Samarrada doğulduğu deyilir.
4. Bağdad İslam Universitetinin ilahiyyat fakültəsində təhsil alan Bağdadi eyni zamanda islam mövzusunda doktorluq işini də müdafiə edib. Bu səbəbdən bəzən ona Dr.İbrahim deyə müraciət edirlər.
5. Bəzi mənbələrə görə, 2003-cü ildə ABŞ qoşunları İraqı işğal edəndə o, Bağdad bölgəsindəki bir məsciddə imam olaraq fəaliyyət göstərirmiş.
6. Bağdadi 2005-2009-cu illər arasında ABŞ-ın hərbi düşərgələrindən birində əsir olub.
7. Belə bir fakt da var ki, Bağdadi 2009-cu ildə əsirlikdən qurtulub - iraqlı rəsmilərə təslim edilərkən ABŞ hərbçilərinə belə deyib: "Nyu Yorkda görüşərik".
8. 2011-ci ildə Usamə bin Ladeninin ABŞ ordusu tərəfindən öldürüldükdən sonra Bağdadi bunun qısasını alacağına and içib.
9. Bağdadinin yeganə video-görütüsündəki bir detal hər kəsi heyrətə gətirib. Onun qolundakı James Bond qəhrəmanlarının gəzdirdiyi və dəyəri 7500 dollara olan İsveçrə markalı saat hamının diqqətini cəlb edib.
10. Bağdadinin adının əslində "Şimon Elliot", yəhudi və Mossad-a çalışan bir agent olduğu da iddia edilir.
11. İddialar arasında onun ABŞ-ın kəşfiyyat idarəsi olan CİA agenti olması ilə bağlı fikirlər də var.
12. İŞİD-in ən azı 2 milyard dollarlıq maliyyə gücünə sahib olduğu təxmin edilir.
13. Başda Mosul olmaqla ələ keçirdiyi şəhərlərdə bankları yaran İŞİD eyni zamanda neft qaçaqmalçılığı da edir.
14. ABŞ-ın bu şəxsin ölüsünü və ya dirisini təslim edəcək adama mükafat təsis edib - 10 milyon dollar.
15.  Hazırda ailəsi Pakistanda yaşayan Bağdadinin xüsusi partizan təlimi aldığı bildirilir.
16. O, Bağdad İslam Universitetində Dr. İbrahim Avad deyə tanınan vaiz, şəriət, fiqh, islam tarixi və şiə mütəxəssisi olaraq da bilinir.
17. 2011-ci ildə İŞİD sıralarında cəmi 800 döyüşçü olub. 2012-ci ildə onların sayı artaraq 2 min 500, 2013-cü ildə isə 10 minə çatıb.
18. Əl Qaidə lideri Eymən Əl Zəvahiri 2013-cü ilin yayında Bağdadiyə məktub ünvanlayaraq İŞİD-in ləğv edilib "Əl Nüsra" cəbhəsinə qatılmasını əmr etdi, amma Bağdadi buna qarşı çıxdı.
19. Yoldaşlarının dediyinə görə, Bağdadi az danışan birisidir. Gizliliyə önəm verir və çox az adam onun harada olduğunu bilə bilər. Birlikdə çalışdığı təşkilat rəhbərləri belə onu tanımır. Görüşlərdə üzünə maska taxır.
20. Təşkilatın yeni "Bin Laden"i olaraq tanınan Bağdadi sərt şəxsiyyəti ilə seçilir. 
21. Onun "divarları yıxmaq" mesajı bir il davam edən hücum fırtınalarına işarə idi. 
22. Kimsəyə güvənməz, inanmaz. 
23. İŞİD-in idarəetmə şurasındakı 13 nəfərin hamısı iraqlıdır. Bağdadi iraqlılardan başqa kimsənin təşkilatın üst idarəçiliyinə daxil olmasını istəmir. Həmin şəxslərdən 3 nəfəri Səddam dönəmində İraq ordusunda çalışan komandirlərdir.
Hazırladı Nuray
ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mayami hava limanında iki təyyarə toqquşub
Dünya 09:32
Mayami hava limanında iki təyyarə toqquşub
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
Dünya 09:28
Hörmüz boğazında iki neft tankeri minaya düşüb
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
Dünya 08:51
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına PUA hücumu edib
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol