• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Alışanov Yeni il gecəsi fermerin 1300 qoyununu, inəklərini, cipini oğurladı - VİDEO

Samir Alışanov Yeni il gecəsi fermerin 1300 qoyununu, inəklərini, cipini oğurladı - VİDEO
17.01.2019 16:44
Rusiyanın Xakasiya muxtar vilayətinin Ust-Abakansk rayonunda Yeni il gecəsi bu region üçün misli görünməmiş hadisə baş verib. Xakasiyada yaxşı tanınan əlil fermer, "Art-El” adlı rok-qrupun lideri Andrey Aleyevin 1300 qoyunu, inəkləri və cipi oğurlanıb. Bütün bunları oğurlayıb aradan çıxan isə Aleyesin işçisi, onun fermasına qulluq edən azərbaycanlı miqrantdır.

Virtualaz.org xəbər verir ki, fermer başına gələnlər haqda yerli RTS telekanalına danışıb. Reportajda deyilir ki, Xakasiyada hələ bu cür iri oğurluq hadisəsi olmamışdı, çünki bir gecədə iri fermer təsərrüfatı tamamilə talanıb. Təsərrüfatdan ancaq boş tövlələr və iki it qalıb.

Dekabrın 31-dən 1-nə keçən gecə Aleyevin  böyük çətinliklə qurub yaratdığı fermer təsərrüfatındakı 1300 qoyun, onlarla iribuynuzlu heyvan, habelə fermer təsərrüfatının sahibinin azərbaycanlı işçisinə fərdi istifadə üçün xeyirxahlıq edib uşaqlarını məktəbə, bağçaya aparmaq üçün verdiyi cip yoxa çıxıb. Fermer təsərrüfatına baxan və ailəsi, uşaqları ilə birlikdə orada qalan azərbaycanlının da izi-tozu yoxdur.



Musiqiçi və əlil arabasına möhtac olan Andrey Aleyev deyir ki, Yeni il bayramından sonra fermaya qayıdanda təsərrüfatın talandığını görüb. "Maşın yoxdur, heyvanlar yoxdur, heç nə yoxdur. Ev büsbütün talanıb”, Andrey bildirir.

Andrey Aleyev bu fermer təsərrüfatını beş il əvvəl qurub, qoyunlarının sayını 250-dən az qala 1500-ə çatdırıb. Və onun Azərbaycandan olan işçisi Samir Alışanov bir gecənin içində illərdir əziyyətlə qazanılmış bu var-dövləti talayıb. Aleyev deyir ki, Alışanovun heç  Rusiya vətəndaşlığı da olmayıb.

O, fermada iki ildən artıqdır yaşayırdı. Burada Alışanovun uşaqları böyüyüb. Andrey ailə üçün əlindən gələni edib, hətta onlar üçün xüsusi olaraq inəklər də alıb ki, Samirin uşaqlarının masasında həmişə təzə süd olsun. Lakin Alışanov bütün bu xeyirxahlığa oğurluqla cavab verib.



"Biz artıq yanvarın 1-də səhər saat 5-də polisə ərizə vermişik, sonradan ayın 8-də bildirdilər ki, cinayət işi qaldırıblar. Amma bu günə qədər işi aparmaq üçün müstəntiq təyin olunmayıb, faktla bağlı heç bir araşdırma aparılmayıb" fermer təsərrüfatının sahibi deyir.

Məlum olub ki, Alışanov Aleyevin fermasından başqa  Xonıx stansiyasında yaşayan daha bir neçə sakinin də onlarla qoyununu oğurlayıb. Hərçənd polis faktla bağlı cinayət işi qaldırmağa tələsməyib.

Belə görünür ki, Alışanov bu cinayətə əvvəlcədən hazırlaşıb. Çünki bir gecənin içində o qədər oğurluq qoyunu satmaq real deyildi.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol