• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya 7 yaşlı azərbaycanlının bu bacarığına heyrandır - Video

Dünya 7 yaşlı azərbaycanlının bu bacarığına heyrandır - Video
22.01.2019 11:21
Rusiyanın "Birinci kanal"ında yayımlanan "Udivitelnıye lyudi" proqramında qeyri-adi istedadı ilə hamını təəccübləndirən azərbaycanlı vunderkind Ruslan Səfərova xarici və yerli təhsil müəssisələrində oxumaq təklif olunur.

Anews.az Azərtac-a istinadən xəbər verir ki, "Kalkulyator uşaq" adlandırılan 7 yaşlı Ruslanı öz məktəblərində görmək istəyənlər arasında yerli təhsil ocaqları ilə yanaşı, Rusiyanın Moskva, Sankt-Peterburq və Soçi şəhərlərində yerləşən liseylərdə var.

Ruslan Səfərov Qusar şəhərində yaşayır. Ailənin yeganə övladı olan istedadlı balaca şəhər 4 nömrəli tam orta məktəbin ikinci sinfində oxuyur. İkinci sinfə getsə də, mürəkkəb riyazi əməliyyatları kalkulyator sürəti ilə həll edə bilir. Kökaltı ifadələr, faiz göstəriciləri və alqoritm məsələlərinin həlli onun üçün su içmək kimi asandır.

"Kalkulyator uşağ"ın atası Fuad Səfərov bildirib ki, Ruslanın gələcək təhsili ilə bağlı ən real təklif Bakı Oksford Məktəbindən gəlib. Onlar balaca istedadın bütün təhsil xərclərini öz üzərlərinə götürürlər. 

"Rusiyadan gələn təkliflər də cəlbedicidir. Amma oradakı liseylərə 5-ci sinifdən qəbul edirlər. Bakı Oksford Məktəbi isə elə bu ildən Ruslanı qəbul etmək istəyir. Amma mən və həyat yoldaşım Qusarda işlədiyimizə görə Ruslanı Bakıya tək göndərə bilmirik. Onun paytaxtda təhsil alması üçün ailəliklə ora köçməliyik", - deyə Fuad Səfərov qeyd edib.
Atası coğrafiya müəllimi, anası isə tibb işçisi olan vunderkind yaş yarımlığında gəzməyi öyrənib, eyni vaxtda da danışmağa başlayıb. Ruslan Səfərov böyüyəndə proqramçı olmaq istəyir.

"Riyaziyyata böyük həvəsim var. İlk vaxtlarda hesablamalar mənə çətin gəlirdi. Sonra misalların asan həll yollarını tapdım. İndi çətin hesablamaları, hətta kökaltı misalları da qısa vaxtda sərbəst həll edə bilirəm. Mənə 
hesablamaları atam və babam öyrədib. Çalışıram nəticələrimi bir az da yaxşılaşdırım. Gələcəkdə proqramçı olmaq istəyirəm", - deyə balaca vunderkind bildirib.

Atası Ruslanın qeyri-adi bacarığını videoya çəkərək "YouTube" kanalına yüklədikdən sonra Rusiya telekanalından "Udivitelnıye lyudi" proqramında çıxış etmək üçün təklif gəlib. Bundan sonra Rusiya və Belarusun bir sıra telekanallarında uğurla çıxış edən azərbaycanlı vunderkind indi dünyada məşhurlaşıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol