• $
  • €
  • ₽
  • ₺
  • £

Ana ticarət mərkəzində oğlunu vəhşicəsinə döydü - VİDEO - FOTO

Ana ticarət mərkəzində oğlunu vəhşicəsinə döydü - VİDEO - FOTO
26.01.2019 17:26

31 yaşlı Olqa Şevtsova 6 yaşlı oğlu Vitalini vəhşicəsinə döyüb. Bu olayın videosu sosial şəbəkələrdə yayılandan sonra polis araşdırmalara başlayıb.
Sonxeber.az milli.az-a istinadən bildirir ki, olay Ukraynanın Zaporojye şəhərindəki "Ukraina" ticarət mərkəzində yaşanıb. Uşaq oyuncaqları satılan bölmədə qəflətən çılğına dönən ana oğlunun üstünə qışqırıb, onu itələyib yıxıb, sonra təpikləməyə başlayıb. Uşaq sürünərək uzaqlaşmağa çalışanda Olqa Şevtsova ayaqqabısının dik dabanı ilə oğlunun onurğasından vurub.

Satıcı qadınlardan biri bunu görəndə qaçaraq qadını uşaqdan aralayıb.

6 və 2 yaşlı iki oğlu olan Olqa Şevtsova İnstagram-da populyar bloqerdir. O, uşaqların təlim-tərbiyəsi ilə bağlı məsləhətlər verir.

Video yayılandan sonra O.Şevtsova İnstagram profilində videomüraciət paylaşıb.

Sərt tənqid olunan, oğlunun belini sındıracaq zərbələri "əsirgəməyən" Olqa minlərlə şərhçinin qəzəbini sakitləşdirməyə çalışıb.

"Bilirsiniz, mən də insanam. Heç zaman uşağınıza qışqırmayan, onu vurmayan insansınızsa, sizi təbrik edirəm, sizinlə qürrələnirəm. Mənsə uşağın üstünə də qışqıra bilərəm, onu vuraram da. Çünki həyatımda çətin dövrdür. Oğullarım Vitali və Markı təkbaşına böyüdürəm. Ərim çox işləyir, bəzən həftələrlə evdə olmur. Vitaliyə görə narahat olmayın. Ona kimsə əzab vermir. Hər şeyi var, onu özüm böyüdürəm", - O.Şevtsova deyib.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol