• $
  • €
  • ₽
  • ₺
  • £

İran ordusu 3 müsəlman ölkəsinə qarşı intiqam andı içdi (FOTOLAR)

İran ordusu 3 müsəlman ölkəsinə qarşı intiqam andı içdi (FOTOLAR)
17.02.2019 11:55
İranın cənub-şərqindəki Sistan-Bəlucistan ostanında baş verən terror aktı nəticəsində həlak olan 27 İslam İnqilab Keşikçiləri Ordusu əsgəri dəfn olunub.


Qaynarinfo xəbər verir ki, İsfahan şəhərində keçirilən vida mərasimində İslam İnqilab Keşikçiləri Ordusu komandanı general Məhəmməd Əli Cəfəri və Quru Qoşunları komandanı Məhəmməd Pakpur, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə ABŞ prezidenti Donald Trampın əleyhinə şüarlar səsləndirilib və intiqam andı içilib. 


İran dövlət televiziyasının məlumatına görə, vida mərasimində çıxış edən Məhəmməd Əli Cəfəri intiqam üçün ölkə prezidenti Həsən Ruhanidən icazə istəyib: "İntiqam əməliyyatları üçün prezidentdən icazə istəyirik. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən intiqam alacağıq".


Məhəmməd Əli Cəfəri hər iki ölkənin xüsusi xidmət orqanlarının İran-Pakistan sərhəddində təxribat fəaliyyəti ilə məşğul olduğunu bildirib. Pakistanı da ittiham edən komandan İranda fəaliyyət göstərən radikal təşkilatların bu ölkə tərəfindən dəstəkləndiyini qeyd edib. 


İranın dini lideri Ayətullah Əli Xameneinin müşaviri Yahya Rahim Səfəvi də terroak aktına görə Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini ittiham edib. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən maliyyələşən terrorçuların Pakistanın xüsusi xidmət orqanınında (ISI) təlim keçdiyini bildirən Səfəvi "Pakistan hökuməti və xüsusi xidmət orqanları bu terror aktına görə cavab verməlidi. Biz Pakistanla yaxşı münasibətlər qurmaq istəyirik. Amma bölgədəki təlükəsizlik problemləri Varşava konfransına toplaşan amerikalılar və sionistlərin maraqlarına xidmət edir" deyib. 


Qeyd edək ki, İranın cənub-şərqindəki Sistan-Bəlucistan ostanına bağlı Zahidan şəhərində baş verən terror aktı zamanı 27 əsgər həlak olub. Terror aktına görə "Ceyşu'l Adl" təşkilatı məsuliyyəti üzərinə götürüb.


İrandakı sünni Bəluc xalqının haqqlarını qoruduğunu klan edən təşkilat 2003-cü ildən hərbçiləri hədəfə alan "Cundullah" adı ilə yaradılıb. "Cundullah"ın lideri Əbdülməlik Riqi 2010-cu ildə yaxalanaraq edam edilmişdi. 2012-ci ildə təşkilat adını "Ceyhu'l Adl" olaraq dəyişib.

















www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol