• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada 2 nəfəri öldürüb, 3 nəfəri yaralayan Murad həbs olundu - VİDEO

Rusiyada 2 nəfəri öldürüb, 3 nəfəri yaralayan Murad həbs olundu - VİDEO
25.02.2019 16:23
Rusiyanın Sankt-Peterburq şəhərində ağır qəza törədərək, iki nəfərin ölümünə və daha üç nəfərin yaralanmasına səbəb olmuş Rusiya vətəndaşı, azərbaycanlı Murad Qasımov bu gün Kuybışev Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb.

BAKU.WS  fontanka.ru-ya istinadən xəbər verir ki, istintaqın davam etdiyi dövrdə onun cəzadan yayındığını ehtimal edən məhkəmə Qasımovun 1 ay müddətinə həbs edilməsi barədə qərar verib.

Qasımova qarşı qaldırılan cinayət işinə görə, onu 4 ildən 10 ilədək həbs gözləyir.

Murad məhkəmədə baş verən hadisəyə görə peşiman olduğunu deyib və zərərçəkən şəxslərə kömək etmək istəyini səsləndirib.

Məhkəmədə iştirak edən jurnalistlər Murada qarşı sərt fikirlər səsləndiriblər.

Xatırladaq ki, fevralın 24-nə keçən gecə saat 2-də M.Qasımov idarə etdiyi "BMW X6” avtomobili ilə səkiyə çıxaraq beş piyadanı vurub. 

Ağır qəza nəticəsində həlak olanlardan biri 40 yaşlı ABŞ vətəndaşıdır.

Murad Azərbaycanda doğulub, lakin uzun llərdir Rusiyada yaşadığından RF vətəndaşıdır. Orta təhsillidir, ailəsi və işi yoxdur.

Tərcümeyi-halında cinayət məsuliyyətinə cəlbolunma halları olmasa da, son iki il ərzində Murad yol hərəkəti qaydalarını pozduğuna görə 55 dəfə inzibati məsuliyyətə cəlb edilib. Ötən ilin 14 noyabr tarixindən sürücülük hüququ əlindən alınıb. Bəzi cərimələrinə görə hələ də dövlətə borcludur.

Ekspertizadan keçərkən, Murad həkimə etiraf edib ki, dünən axşam barlardan birində "şarik” iyləyib, sükan arxasında isə, sadəcə olaraq, "sönüb”.

"Fontanka” nəşri yazır ki, 30 yaşlı Murad dəbli avtomobil nömrələrini satmaqla məşğuldur. Özü isə daha çox "Mercedes” və BMW maşınlarını xoşlayır. Bu barədə onun sosial şəbəkədəki səhifəsində ətraflı məlumat var. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol