• $
  • €
  • ₽
  • ₺
  • £

Adı prezidentlə hallanan 22 yaşlı deputat: “Yalandır, aramızda heç nə yoxdur” - FOTO

Adı prezidentlə hallanan 22 yaşlı deputat: “Yalandır, aramızda heç nə yoxdur” - FOTO
24.11.2019 14:03
"Miss Belarus -2018” gözəllik müsabiqəsinin qalibi, yeni millət vəkili Mariya Vasilyeviç adının Belarus Prezidenti Aleksandr Lukaşenko ilə hallandırılmasına münasibət bildirib.

Anews.az  "Qafqazinfo”ya istinadən xəbər verir ki, 22 yaşlı deputat dövlət başçısı ilə sevgi münasibətinin olması barədə mediada yayılan xəbərləri yalan adlandırıb. Bu barədə o, instaqram səhifəsində yazıb:

"Mən söz azadlığının tərəfdarıyam. Ancaq dediyiniz hər sözə görə məsuliyyətli olun. Xüsusilə jurnalist olsanız... Xüsusilə məşhur bir nəşrin jurnalistisinizsə...

Jurnalistin vəzifəsi öz fikrini cəmiyyətə inandırmaq və yeritmək deyil, mümkün qədər obyektiv məlumat çatdırmaqdır. Ancaq bizdə fərqli vəziyyət var - fikir jurnalistikası. KİV nümayəndələri daha çox yüksək reytinq, kiməsə xoş gələn ictimai rəyi formalaşdırmaq üçün onlara verilən tapşırıqların tələb olunduğu kimi vəziyyəti izah edirlər. Onları jurnalist adlandıra bilərikmi? Bəs onda həqiqəti necə, kimdən öyrənək?

Məşhur bir nəşr özünün saxta faktlar yaymasına imkan versə də, kimə etibar etməliyik?! Bu, peşəkar jurnalistikadır?”.

Qeyd edək ki, bir neçə gün öncə "The Times” nəşri Belarusun ən gənc deputatı Mariya Vasileviç haqqında məqalə dərc edib. İngilis nəşri nəinki seçkilərin saxtalaşdırılması ehtimalının olduğunu qeyd edib, eyni zamanda "Miss Belarus”la Prezident Aleksandr Lukaşenko arasında romantik bir əlaqənin olduğunu iddia edib.

Xatırladaq ki, noyabrın 17-də Belarusda Milli Məclisin Nümayəndələr Palatası - parlamentin aşağı palatası üçün seçkilər keçirilib. Seçilən 110 deputat arasında M. Vasilyeviç də olub.
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dünya 23:52
İranda avtobus aşıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Dünya 23:12
Dəməşq yaxınlığında avtomobil partladılıb, ölənlər var
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Dünya 20:44
Bolqarıstanda zəncirvari yol qəzalarında ölənlərin sayı 13-ə yüksəlib
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Dünya 20:20
Rusiya, ABŞ və Çin liderlərinin görüşü noyabrın 19-da baş tutacaq
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Dünya 18:49
Qara dənizdə yük gəmisinə PUA hücumu olub
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Dünya 18:01
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Dünya 09:55
Paşinyan dekabrda Rusiyaya üç səfər planlaşdırır
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
Dünya 08:50
Aralıq dənizində 3,8 maqnitudalı zəlzələ baş verib
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Dünya 08:31
ABŞ-də təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol