• $
  • €
  • ₽
  • ₺
  • £

Ərdoğan: "Kipr adasında federal deyil, iki dövlət olmalıdır"

Ərdoğan: "Kipr adasında federal deyil, iki dövlət olmalıdır"
10.02.2021 23:30
"Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq mübarizəsidir”.

Bunu Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament fraksiyasının genişləndirilmiş toplantısında deyib.

"1960-cı illərdə Kipr türklərinə muxtariyyət hüququnu bunlar tanımırdı. "Mən bu məsələnin həllinə yardım etməyə 4 dəfə girişdim. Bacarmadım. İndi də uğur əldə etməməyim mümkündür”, - bunu BMT-nin keçmiş baş katibi Koffi Annan mənə demişdi. Mən ona dedim ki, qarant ölkə olaraq Türkiyə tərəfindən mənfi heç bir iş görməyəcəksiniz. "Yaxşı” deyib fəaliyyətə başladı. Annana söz verdim ki, bu işi başa çatdırmadan ayrılmayacağıq. Referendum keçirdik. Türk tərəfi olaraq soydaşlarımızın 75 faizi yunanlarla birlikdə adada federal dövlətin qurulmasına razılıq verdi. Yunanların isə 65 faizi bu ideyanın əleyhinə səs verdilər. Bütün bunlara baxmayaraq, Kiprin yunan hissəsi Avropa İttifaqına üzv qəbul olundu, Kiprin türk hissəsi isə yox”, - Türkiyə prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin həllindən danışarkən adada federal dövlətin yaranmasının mümkünsüzlüyünü vurğulayıb: "Kipr türkünü yox sayanların davranışında bir dəyişikliyin olmadığını görürük. İstər qəbul etsinlər, istər etməsinlər artıq məsələnin iki dövlətli həllindən başqa çıxış yolu yoxdur”.
O, yaxın günlərdə Şimali Kirp Türk Respublikasına səfər edəcəyini də bildirib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Dünya 23:51
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Dünya 22:53
Aİ Ukraynaya 1 milyard avro həcmində hərbi yardım ayırıb
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Dünya 22:43
Tramp Putin və Si Cinpinlə görüşünü “üçlük sammiti” adlandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol